ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran Birləşmiş Ştatlardan mümkün qədər tez bir zamanda Hörmüz boğazının açılmasını razılaşdırmağı xahiş edir.
Elchi.az xəbər verir ki, Amerika rəhbərinin müraciəti özünə məxsus “Truth Social” sosial şəbəkəsində dərc olunub.
Dövlət başçısı paylaşımında belə yazıb:
“İran indicə bizə “tam çöküş” vəziyyətində olduqları barədə məlumat verdi. Onlar ölkəni kimin idarə etdiyini müəyyənləşdirməyə çalışarkən (məncə, onlar bunu bacaracaqlar!), bizim “Hörmüz boğazını” mümkün qədər tez açmağımızı istəyirlər”.
Məryəm





















