"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

FHN nümayəndəsi: Sel və daşqınların təsirləri ilə mübarizə üçün dövlət vəsaiti ayrılması humanist siyasətin göstəricisidir

28 Aprel 2026 - 17:29
in CƏMİYYƏT
FacebookVatsap

“Bu il martın sonu, aprelin əvvəlində respublikanın şimal bölgəsi və Abşeron rayonları ərazisində istisna təbiət hadisəsi baş verib, ölkə ərazisinə həddindən artıq yağıntılar düşüb. Təkcə 3 gün ərzində Abşeron yarımadasında illik statistik normanın 50 faizindən artıq normada yağış qeydə alınıb”.

Bunu da oxuyun

Şagirdlərin 45 faizi kitablar çatışmayan məktəblərdə oxuyur

Dərsliklər üzərində işləyirik – Nazir

Məktəblilərin əksəriyyəti dərsdən yayınır – RƏQƏMLƏR

Elchi.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Elxan Əsədov deyib.

O bildirib ki, daşqınlar müxtəlif fəsadlara səbəb olub: “Hadisə baş verən kimi Prezident İlham Əliyevin tapşırığı ilə digər qurumlarla yanaşı, Fövqəladə Hallar Nazirliyinin bütün strukturları gücləndirilmiş iş rejiminə keçib. Nazirliyin əməkdaşları və digər aidiyyəti qurumların xilasediciləri dərhal təbii fəlakət baş vermiş ərazilərə cəlb olunublar”.

Elxan Əsədov bildirib ki, ilkin mərhələdə axtarış-xilasetmə işləri aparılıb: “Bununla paralel olaraq, layihə institutlarının mütəxəssisləri tərəfindən zərərin miqyasını müəyyənləşdirmək məqsədilə ərazilərə texniki-mühəndis baxışları keçirilib. Bu prosesdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə yanaşı, ziyan dəymiş infrastruktur qurumlarının və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri də iştirak ediblər.

Qısa müddət ərzində aparılan müayinələrin nəticələri yekunlaşdırılaraq müvafiq qurumlara təqdim edilib. Aprelin 28-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə sel və daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində mühüm tədbirlərin icrasına başlanılıb. Sərəncama əsasən, Fövqəladə Hallar Nazirliyinə və digər dövlət qurumlarına müvafiq maliyyə vəsaiti ayrılıb”.

FHN nümayəndəsi qeyd edib ki, ayrılmış 85 milyon manat vəsait əsasən evləri dağılan vətəndaşlar üçün yeni fərdi yaşayış evlərinin tikintisinə, su altında qalmış 61 evin təmirinə və zərərçəkənlərə kirayə haqlarının ödənilməsinə yönəldiləcək: “Bundan əlavə, dağılan istinad divarlarının bərpası və digər infrastrukturun yenidən qurulması da nəzərdə tutulur. Dövlət qurumları isə ayrılan vəsaitləri həm maddi-texniki bazanın gücləndirilməsinə, həm də dəymiş ziyanın aradan qaldırılmasına sərf edəcəklər.

Qeyd olunmalıdır ki, fövqəladə hallar dünyanın bütün ölkələrində baş verir. Lakin bir çox ölkələrdə zərərin ödənilməsi əsasən sığorta mexanizmləri vasitəsilə həyata keçirilir. Azərbaycanda da sığorta institutları inkişaf etməkdədir və bu sahədə qanunvericilik bazası təkmilləşdirilir. Bu baxımdan vətəndaşlara və sahibkarlara əmlaklarını vaxtında sığortalamaq tövsiyə olunur. Bu, gələcəkdə mümkün zərərlərin daha operativ şəkildə aradan qaldırılmasına imkan yaradır”.

E. Əsədov vurğulayıb ki, son illər ərzində baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün ölkə rəhbərliyi tərəfindən böyük həcmdə dövlət vəsaiti ayrılıb:

“Buna 2010-cu ildə Kür daşqınları, 2012-ci ildə şimal-qərb bölgəsində baş verən zəlzələ, eləcə də 2019-cu ildə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında qeydə alınan zəlzələlər misal göstərilə bilər.

Bu addımlar dövlətin humanist siyasətinin göstəricisidir. Bununla yanaşı, vətəndaşların da məsuliyyətli davranaraq sığorta imkanlarından istifadə etməsi ümumi yükün azaldılmasına töhfə verə bilər”.

Previous Post

İsrail: İran Londonda diplomatik statusdan terror üçün istifadə edir

Next Post

10 il sonra “Siti”dən ayrılır

Bənzər yazılar

Şagirdlərin 45 faizi kitablar çatışmayan məktəblərdə oxuyur

Şagirdlərin 45 faizi kitablar çatışmayan məktəblərdə oxuyur

08 Sentyabr 2026 - 14:14

Azərbaycanda şagirdlərin təxminən yarısı dərslik, informasiya texnologiyaları avadanlığı, kitabxana və laboratoriya materiallarının çatışmadığı məktəblərdə təhsil alır. Elchi.az xəbər verir ki,...

Dərsliklər üzərində işləyirik – Nazir

Dərsliklər üzərində işləyirik – Nazir

08 Sentyabr 2026 - 14:07

Buraxılış və qəbul imtahanlarında oxu bacarıqlarına daha çox yer verilməsi yeni-yeni tətbiq olunmağa başlayıb. Elchi.az xəbər verir ki, bunu PISA...

Məktəblilərin əksəriyyəti dərsdən yayınır – RƏQƏMLƏR

Məktəblilərin əksəriyyəti dərsdən yayınır – RƏQƏMLƏR

08 Sentyabr 2026 - 13:52

Azərbaycanda 15 yaşlı şagirdlərin 37 faizi iki həftə ərzində ən azı bir gün məktəbə getmir. Elchi.az xəbər verir ki, bu...

DİM sədri 2027-ci ilin imtanlarındakı dəyişiklikləri AÇIQLADI

DİM sədri 2027-ci ilin imtanlarındakı dəyişiklikləri AÇIQLADI

08 Sentyabr 2026 - 13:43

2027-ci ildə 9-cu sinif buraxılış və ali məktəblərə qəbul imtahanlarının modelində dəyişiklik olmayacaq. 11-ci sinif buraxılış imtahanında isə xarici dil...

Next Post
10 il sonra “Siti”dən ayrılır

10 il sonra "Siti"dən ayrılır

Hikmət Mirzəyev türkiyəli generalla görüşdü (FOTO)

Hikmət Mirzəyev türkiyəli generalla görüşdü (FOTO)

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Qarabağ” azarkeşləri üçün məyusedici xəbər…

“Qarabağ” azarkeşləri üçün məyusedici xəbər…

08 Sentyabr 2026 - 14:30
Şagirdlərin 45 faizi kitablar çatışmayan məktəblərdə oxuyur

Şagirdlərin 45 faizi kitablar çatışmayan məktəblərdə oxuyur

08 Sentyabr 2026 - 14:14
Dərsliklər üzərində işləyirik – Nazir

Dərsliklər üzərində işləyirik – Nazir

08 Sentyabr 2026 - 14:07
“Rusiyanın de-dollarizasiya siyasəti yürütmək niyyəti yoxdur” – Peskov 

“Rusiyanın de-dollarizasiya siyasəti yürütmək niyyəti yoxdur” – Peskov 

08 Sentyabr 2026 - 14:00
Məktəblilərin əksəriyyəti dərsdən yayınır – RƏQƏMLƏR

Məktəblilərin əksəriyyəti dərsdən yayınır – RƏQƏMLƏR

08 Sentyabr 2026 - 13:52
DİM sədri 2027-ci ilin imtanlarındakı dəyişiklikləri AÇIQLADI

DİM sədri 2027-ci ilin imtanlarındakı dəyişiklikləri AÇIQLADI

08 Sentyabr 2026 - 13:43
44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

08 Sentyabr 2026 - 13:30
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib – FOTO

Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib – FOTO

08 Sentyabr 2026 - 13:18
Vətən müharibəsindən sonra 438 nəfər minaya düşüb

Vətən müharibəsindən sonra 438 nəfər minaya düşüb

08 Sentyabr 2026 - 13:09
Aİ Qrenlandiyaya 200 milyon avro sərmayə qoyur

Aİ Qrenlandiyaya 200 milyon avro sərmayə qoyur

08 Sentyabr 2026 - 13:00
AFFA 4 klubu cərimələdi

AFFA 4 klubu cərimələdi

08 Sentyabr 2026 - 12:51
YAP-ın VIII Qurultayına hazırlıq başlayıb

YAP-ın VIII Qurultayına hazırlıq başlayıb

08 Sentyabr 2026 - 12:45
Sabah bəzi yerlərdə leysan yağacaq, şimşək çaxacaq

Sabah bəzi yerlərdə leysan yağacaq, şimşək çaxacaq

08 Sentyabr 2026 - 12:37
Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

08 Sentyabr 2026 - 12:26
Emin Əmrullayev təbiət elmlərinin məzmununa və tədrisinə yenidən baxmağa çağırıb

Emin Əmrullayev təbiət elmlərinin məzmununa və tədrisinə yenidən baxmağa çağırıb

08 Sentyabr 2026 - 12:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.