İsrail Xarici İşlər Nazirliyi bəyan edib ki, “İran rejimi Böyük Britaniyadakı səfirliyindən terrorçuların sıralarına yeni üzvlər cəlb etmək üçün istifadə edir”.
Elchi.az xəbər verir ki, bu barədə İsrail qurumunun mətbuat xidməti məlumat yayıb.
“Məlumata görə, İran rejimi terrorçuları cəlb etmək üçün Böyük Britaniyadakı səfirliyindən istifadə edir.
Diplomatik status terror fəaliyyəti üçün örtük rolunu oynaya bilməz. Bu cür missiyalara qarşı görülən tədbirlər — diplomatiyadan zorakılığı yaymaq üçün istifadə edən rejimə verilən zəruri cavabdır”, — deyə məlumatda bildirilir.
Məryəm





















