"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıb

28 Aprel 2026 - 17:10
in CƏMİYYƏT
FacebookVatsap

Aprelin 28-də “PAŞA Holding” və SOCAR, İspaniyanın nüfuzlu IE Universiteti ilə strateji tərəfdaşlıq çərçivəsində, Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılması məqsədilə Anlaşma Memorandumu imzalayıblar.

Bunu da oxuyun

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır – VİDEO

Suraxanıda növbəti səyyar görüşlər keçirildi

Bu tarixdə peşə tanınması imtahanı keçiriləcək

Elm və Təhsil Nazirliyindən Elchi.az-a verilən məlumata görə, təşəbbüs ölkəmizdə liderlik bacarıqlarının inkişafına töhfə verməklə yanaşı, innovasiya və beynəlxalq əməkdaşlıq üçün regional platforma formalaşdırmaq, eləcə də Azərbaycanda insan kapitalının inkişafını dəstəkləmək məqsədi daşıyır.

Rəqəmsal transformasiya, süni intellekt və dayanıqlı inkişaf kimi sahələrdə fəaliyyət göstərəcək mərkəzdə rəhbər kadrlar üçün təhsil proqramları və beynəlxalq tədbirlər təşkil ediləcək, eləcə də tədqiqat təşəbbüsləri həyata keçiriləcək.

Bu tərəfdaşlıq həmçinin yerli maraqlı tərəflərlə əməkdaşlıq vasitəsilə təhsildə mükəmməlliyi artırmağı və institusional potensialı dəstəkləməyi nəzərdə tutur. Tərəfdaşlıq çərçivəsində SOCAR və “PAŞA Holding” əməkdaşlarının peşəkar inkişafına töhfə vermək məqsədilə xüsusi uyğunlaşdırılmış təhsil proqramlarının həyata keçirilməsi də planlaşdırılır.

Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bu təşəbbüsün Azərbaycan gənclərinin və mütəxəssislərinin həyat və peşəkar fəaliyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addım, ümumilikdə Azərbaycan təhsilinə verilən dəyərli töhfə olduğunu qeyd edib. Mərkəzin yaradılmasında iştirak edən tərəflərə təşəkkürünü bildirən Emin Əmrullayev bildirib ki, bu əməkdaşlıq dövlət, özəl sektor və biznes sənayesi arasında uğurlu tərəfdaşlıq nümunəsidir və əvvəlki uğurlu birgə fəaliyyətlərin məntiqi davamıdır. Nazir çıxışında təşəbbüsün azərbaycanlı mütəxəssislərin şəbəkələşmə imkanlarını genişləndirəcəyinə və onların qlobal platformalarda daha fəal iştirakına şərait yaradacağına inamını ifadə edib. Sonda Emin Əmrullayev qeyd edib ki, əsas məqsəd ali təhsili daha əlçatan, münasib və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli etməkdir.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, insan kapitalının gücləndirilməsi, süni intellekt, rəqəmsal transformasiya kimi çağırışları hədəfləyən təşəbbüslər innovasiya əsaslı inkişafa yatırılan strateji investisiyalardır. Bu baxımdan beynəlxalq təhsil imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. “PAŞA Holding”, SOCAR və İspaniyanın IE Universiteti arasında əldə edilmiş razılaşmaya əsasən ölkəmizdə Liderlik və İnnovasiya IE Mərkəzinin yaradılması beynəlxalq təcrübənin tətbiqinə, müasir bilik və bacarıqların artırılmasına töhfələr verəcək.

SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxışında SOCAR-ın insan kapitalının inkişafına mühüm önəm verdiyini bildirərək deyib ki, şirkət bu gün öz təcrübəsi və imkanları ilə bu təşəbbüsün həyata keçirilməsinə töhfə verir. Bu layihənin əsas məqsədi beynəlxalq təcrübədə olan yüksək bilik, bacarıq və liderlik səriştələrini Azərbaycana gətirib əlçatan etmək və ölkəmizdə böyük vizyona malik liderlərin hazırlanmasına xidmət etməkdir.

“IE Universiteti olaraq, bu təşəbbüsün irəlilədilməsində göstərdikləri uzaqgörənlik, inam və davamlı dəstəyə görə “PAŞA Holding” və SOCAR-a səmimi təşəkkürümüzü bildiririk. Birlikdə Azərbaycanda liderliyi, innovasiyanı və qlobal əməkdaşlığı təşviq edəcək bir mərkəzin təməlini qoyuruq. Bu tərəfdaşlıq istedadların inkişafına töhfə vermək, institutları gücləndirmək və daha dinamik, rəqabətqabiliyyətli gələcək formalaşdırmaq istiqamətində ortaq öhdəliyimizi əks etdirir”, – IE Universitetinin İcraçı Prezidenti Santiaqo İniqes de Onsonyo çıxışında əlavə edib.

İmzalanma mərasimində çıxış edən “PAŞA Holding” in Baş icraçı direktoru Cəlal Qasımov bildirib: “Azərbaycanda, eləcə də Qafqaz və Mərkəzi Asiya regionunda insan kapitalının gücləndirilməsi bizim əsas prioritetlərimizdən biridir. Təxminən 100 milyon əhalisi olan bu region hazırda öz tarixinin önəmli inkişaf mərhələsindən keçir və biz bu prosesi kənardan izləyən deyil, gələcəyin formalaşmasına real töhfə verən tərəf olmağı vacib hesab edirik. Eyni zamanda, cari təşəbbüs bizim kimliyimizi də ifadə edir: biz tərəfdaşlıqlarında qlobal, köklərində isə yerli – Azərbaycanlı olan bir şirkətik. “BNY Melon”, “Raiffeisen Bank International” kimi banklarla müxbir hesab tərəfdaşlıqları, “World Economic Forum” ilə əməkdaşlıq, “Four Seasons Hotels and Resorts”, “Marriott International və One&Only Resorts” kimi şirkətlərlə əməkdaşlıq – bunların hər biri “PAŞA Holding”in artıq bir beynəlxalq şirkət olduğuna işarə edir ki, IE University ilə tərəfdaşlığımız da bu yanaşmanın nümunəsidir”.

Qeyd edilibk ki, 2006-cı ildə təsis olunmuş “PAŞA Holding” bu gün bankçılıq, sığorta, fintex, daşınmaz əmlak, pərakəndə ticarət, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən ölkənin aparıcı biznes qruplarından biridir. 25 mindən çox əməkdaşı və 18 milyard ABŞ dollarını aşan aktivləri ilə Holdingin beynəlxalq fəaliyyəti də genişlənməkdədir. Hazırda “PAŞA Holding” Azərbaycan, Özbəkistan, Türkiyə, Gürcüstan, Monteneqro və ABŞ-də fəaliyyət göstərir.

Baş ofisi Azərbaycanda yerləşən qlobal enerji şirkəti SOCAR enerji resurslarının hasilatı, emalı və paylanması sahəsində ixtisaslaşıb. İnteqrasiya olunmuş iri enerji şirkəti kimi dünya miqyasında geniş fəaliyyət göstərən SOCAR bu gün müxtəlif beynəlxalq bazarlarda əhəmiyyətli rol oynayır.

Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıbBakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıbBakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıbBakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıbBakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıbBakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıbBakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıbBakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıbBakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıbBakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıbBakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıb
Previous Post

Yaponiya şirkətindən Ukrayna PUA-larına ikinci investisiya

Next Post

İsrail: İran Londonda diplomatik statusdan terror üçün istifadə edir

Bənzər yazılar

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır – VİDEO

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır – VİDEO

09 Sentyabr 2026 - 17:10

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır. Bu barədə Elchi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib....

Suraxanıda növbəti səyyar görüşlər keçirildi

Suraxanıda növbəti səyyar görüşlər keçirildi

09 Sentyabr 2026 - 16:57

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşləri Qaraçuxur qəsəbəsində yerləşən 285 saylı, Bülbülə qəsəbəsində yerləşən 232...

Bu tarixdə peşə tanınması imtahanı keçiriləcək

Bu tarixdə peşə tanınması imtahanı keçiriləcək

09 Sentyabr 2026 - 14:30

Xarici dövlətlərdə ali təhsil almış şəxslərin kvalifikasiyalarının tanınması prosesi çərçivəsində tənzimlənən ixtisaslar üzrə növbəti peşə tanınması imtahanının keçiriləcəyi tarix müəyyənləşib....

Şəhid övladları üçün “Bilik Günü” tədbiri keçirildi

Şəhid övladları üçün “Bilik Günü” tədbiri keçirildi

09 Sentyabr 2026 - 13:51

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Azərlotereya” ASC-nin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Əmanətə Sədaqət”...

Next Post
İsrail: İran Londonda diplomatik statusdan terror üçün istifadə edir

İsrail: İran Londonda diplomatik statusdan terror üçün istifadə edir

FHN nümayəndəsi: Sel və daşqınların təsirləri ilə mübarizə üçün dövlət vəsaiti ayrılması humanist siyasətin göstəricisidir

FHN nümayəndəsi: Sel və daşqınların təsirləri ilə mübarizə üçün dövlət vəsaiti ayrılması humanist siyasətin göstəricisidir

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub

Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub

09 Sentyabr 2026 - 17:26
The Economist: Ukraynanın “Patriot” raket ehtiyatları tükənir

The Economist: Ukraynanın “Patriot” raket ehtiyatları tükənir

09 Sentyabr 2026 - 17:19
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır – VİDEO

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır – VİDEO

09 Sentyabr 2026 - 17:10
Suraxanıda növbəti səyyar görüşlər keçirildi

Suraxanıda növbəti səyyar görüşlər keçirildi

09 Sentyabr 2026 - 16:57
SEPAH ABŞ-yə məxsus iki hərbi gəmini raketlə vurduğunu bildirib

SEPAH ABŞ-yə məxsus iki hərbi gəmini raketlə vurduğunu bildirib

09 Sentyabr 2026 - 16:43
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər təyin edilib

Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər təyin edilib

09 Sentyabr 2026 - 16:36
Kadırovdan xəbərdarlıq: “Uzun saqqal və qatlanmış şalvar dəbinə son qoyun”

Kadırovdan xəbərdarlıq: “Uzun saqqal və qatlanmış şalvar dəbinə son qoyun”

09 Sentyabr 2026 - 16:24
Azərbaycan cüdoçuları Budapeştdə tatamiyə çıxacaq

Azərbaycan cüdoçuları Budapeştdə tatamiyə çıxacaq

09 Sentyabr 2026 - 16:20
17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Gürcüstana uduzdu

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Gürcüstana uduzdu

09 Sentyabr 2026 - 16:07
Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

09 Sentyabr 2026 - 16:00
Azərbaycan iqtisadiyyatı 8 ayda 1,2% böyüyüb

Azərbaycan iqtisadiyyatı 8 ayda 1,2% böyüyüb

09 Sentyabr 2026 - 15:52
Messi Avropada klub alır

Messi Avropada klub alır

09 Sentyabr 2026 - 15:43
Merts və Vaydel Rusiya məsələsində qarşı-qarşıya gəldilər

Merts və Vaydel Rusiya məsələsində qarşı-qarşıya gəldilər

09 Sentyabr 2026 - 15:30
Azərbaycanda ötən ay inflyasiya dəyişməyib

Azərbaycanda ötən ay inflyasiya dəyişməyib

09 Sentyabr 2026 - 15:16
İsrail Böyük Britaniyaya qarşı sanksiyalar elan edib

İsrail Böyük Britaniyaya qarşı sanksiyalar elan edib

09 Sentyabr 2026 - 15:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.