İndoneziyada Qərbi Yavada iki qatarın iştirak etdiyi qəzada ölənlərin sayı 14-ə çatıb.
Elchi.az xəbər verir ki, Antara News-un məlumatına görə, İndoneziya prezidenti Prabovo Subianto dünənki qəzanın baş verdiyi Qərbi Yavanın Bekasi şəhərindəki xəstəxanalarda yaralıları ziyarət edib.
Subianto hadisə ilə bağlı dərhal araşdırma aparılacağını açıqlayıb.
Səlahiyyətlilər qəzada ölənlərin sayının 14-ə, yaralıların sayının isə 84-ə çatdığını bildiriblər.
Dünən Qərbi Yavanın Bekasi şəhərində “Argo Bromo Anggrek” uzun məsafəli qatarı Bekasi Timur stansiyasında gözləyən şəhərətrafı qatarla toqquşub. İlkin məlumatlara görə, qəzada 4 nəfər ölüb, 38 nəfər yaralanıb.
Şayəstə





















