Cümə günü İsrail hərbçiləri Livanın cənubunda, özlərinin elan etdiyi “təhlükəsizlik zonası”ndan şimalda yerləşən Deyr-Aames şəhərinin sakinlərinə təxliyə olunmaq əmri verib və orada zərbələr endirməyi planlaşdırdıqlarını bəyan ediblər.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Hərbçilər heç bir sübut təqdim etmədən və konkret vaxt göstərmədən “Hizbullah”ın bu şəhərdən fəaliyyət göstərdiyini iddia ediblər. Onlar xəbərdarlıq ediblər ki, yaraqlıların Deyr-Aamesdəki hərəkətləri İsrail tərəfindən cavab tədbirlərinə səbəb olacaq.
Atəşkəsə baxmayaraq, İsrail qüvvələrinin Livanda ələ keçirilmiş əraziləri əldə saxlayacağını bildirib və ölkənin daxilinə doğru 10 km məsafədə uzanan, “təhlükəsizlik zonası” adlandırdığı ərazini müəyyən edib.
Məryəm




















