Səhər saat 06:00 radələrində Krit adasında 5,7 bal gücündə güclü zəlzələ baş verib. Zəlzələ adanın hər yerində hiss olunub, lakin ilkin məlumatlara görə, heç bir tələfat və ya dağıntı qeydə alınmayıb.
Elchi.az xəbər verir ki, Afina Geodinamik İnstitutunun açıqlamasına görə, saat 06:18-də baş verən zəlzələnin episentri Lasithi bölgəsindəki Goodoura yaşayış məntəqəsindən 23 kilometr cənub-cənub-qərbdə yerləşib.
Zəlzələnin dərinliyi 9,7 kilometr olaraq ölçülüb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) zəlzələnin 5,8 bal gücündə olduğunu bildirib.
Yerli hakimiyyət orqanları vəziyyəti izlədiklərini və hələlik ciddi bir dağıntı qeydə alınmadığını bildiriblər.
Şayəstə





















