“ABŞ prezidenti Donald Tramp hesab edir ki, avropalı müttəfiqlər ABŞ-ı İrana qarşı əməliyyatda dəstəkləyə bilməyiblər və bununla da NATO sınağından çıxa bilməyiblər”.
Elchi.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt “Fox News” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Avropanın çoxsaylı bəyanatlarına baxmayaraq, Vaşinqton praktikada kifayət qədər addım atmayıb.
Levitt qeyd edib ki, Trampın fikrincə, əməliyyat zamanı NATO müttəfiqləri köməyə gələ bilməyib və ABŞ-la qüvvələri birləşdirə bilməyib.
Yeganə





















