ABŞ uranın zənginləşdirilməsini dayandırmağı tələb etməklə, növbəti müharibə öncəsi İranın müdafiə potensialını zəiflətmək istəyir.
Elchi.az xəbər verir ki, bu fikri İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin rəsmi nümayəndəsi İbrahim Rezayi səsləndirib.
“Düşmənin İranın zənginləşdirilmiş uranını müsadirə etmək və ya seyrəltmək, habelə zənginləşdirmə faizini sıfıra endirmək üçün təzyiq göstərməsinin səbəbi, növbəti müharibədə İranın çəkindirici gücünü yox etmək cəhdidir. Beləliklə, onlar İslam Respublikasının dağıdılması və parçalanması layihəsini maneəsiz şəkildə həyata keçirməyə çalışırlar”, — deyə deputat “X” sosial şəbəkəsində yazıb.
Məryəm





















