ABŞ administrasiyasının İranı “daş dövrünə” qaytarmaq istəyi barədə bəyanatları, Birləşmiş Ştatların İslam Respublikasının gücü və inkişaf səviyyəsi ilə barışmaq istəmədiyini göstərir.
Elchi.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.
IRNA agentliyi onun bu fikirlərini sitat gətirib:
“Onlar (ABŞ) millətimizi və sivilizasiyamızı daş dövrünə qaytarmaq istədiklərini bəyan edəndə, bu o deməkdir ki, onlar İranın inkişafını və qüdrətini qəbul edə bilmirlər.”
Pezeşkian qeyd edib ki, ölkəsi beynəlxalq qanunlara riayət edir və bu çərçivədə danışıqlara hazırdır. Onun sözlərinə görə, “bizim haqlarımızı tapdalamaq və istədiklərini etmək” yolverilməzdir.
Şayəstə





















