"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Kamran Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdədir – FOTO

13 Aprel 2026 - 16:16
in SİYASƏT
FacebookVatsap

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun dəvətilə Şanxay şəhərinə işgüzar səfərə gedib.

Bunu da oxuyun

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Medianın İnkişafı Agentliyi və BMTM yenidən təşkil olunur – SƏRƏNCAM

Bu barədə Elchi.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində Baş prokurorla Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq arasında ikitərəfli görüş keçirilib.

Nümayəndə heyətini səmimi salamlayan cənab Yinq Azərbaycan və Çinin strateji tərəfdaş dövlətlər olduğunu bildirərək bir çox sahəni əhatə edən uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayıb, qurumlararası tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. Yinq Yonq ölkəmizin nümayəndə heyətinin daha öncəki səfərlərini xatırladıb. Ev sahibi, həmçinin, ölkələrimiz arasında imzalanmış Cinayət işləri üzrə qarşılıqlı hüquq yardım haqqında müqavilənin ölkələrimizin hüquq sistemləri arasında əməkdaşlığı daha dərinləşdirəcəyini qeyd edib.

Kamran Əliyev səmimi qəbula və yüksək qonaqpərvərliyə görə öz təşəkkürünü bildirərək qeyd edib ki, Çin uzun illər ərzində müxtəlif beynəlxalq platformalarda ölkəmizin siyasi təşəbbüslərini qətiyyətlə dəstəkləyib. Son illərdə ölkələrimiz arasında qarşılıqlı əlaqələr dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində yüksələn xətt üzrə inkişaf edərək strateji tərəfdaşlıq həddinə çatıb. Prezident İlham Əliyevin ötən il Çinə iki dəfə səfər etməsi, tərəflər arasında baş tutan mütəmadi görüşlər və ötən ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Çin Xalq Respublikasının sədri cənab Si Cinpin tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması bunun bariz nümunəsidir.

Bunun məntiqi davamı olaraq hər iki ölkənin prokurorluq orqanları arasında da möhkəm əməkdaşlıq əlaqələri qurulub və faydalı qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilib. Belə ki, Çin Ali Xalq Prokurorluğunun geniş tərkibli nümayəndə heyəti 2024-cü ildə Bakı şəhərində keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının Ümumi konfransı və İllik İclasında iştirak etmişdir. Eyni zamanda ötən il Azərbaycan Respublikası Prokurorluğunun geniş tərkibli nümayəndə heyəti Çində uzunmüddətli təlimdə olub.

Daha sonra cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə, praktiki əməkdaşlıq məsələləri, həmçinin, hüquqi və institusional əməkdaşlığın genişləndirilməsi perspektivləri, prokurorluq əməkdaşlarının Çin Xalq Respublikasının ali təhsil müəssisələrində təhsilə cəlb edilməsi ətrafında fikir mübadiləsi aparılaraq razılıq əldə olunub.

Kamran Əliyev, həmçinin qarşılıqlı əlaqələrin gücləndirilməsi məqsədilə həmkarını ölkəmizə səfərə dəvət edib.

Nümayəndə heyətinin səfəri davam edir, səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

Previous Post

Netanyahu: “İrana dəniz blokadası qərarını dəstəkləyirik”

Next Post

Bu ölkədə 17 klubun çempionluq şansı var – Sona 6 tur qalıb

Bənzər yazılar

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

29 İyul 2026 - 18:14

İyulun 29-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə...

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

29 İyul 2026 - 16:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib. Elchi.az xəbər verir ki, söhbət...

Medianın İnkişafı Agentliyi və BMTM yenidən təşkil olunur – SƏRƏNCAM

Medianın İnkişafı Agentliyi və BMTM yenidən təşkil olunur – SƏRƏNCAM

29 İyul 2026 - 16:15

Baş nazir Əli Əsədov "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" və "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi" publik hüquqi şəxslərin yenidən təşkili ilə...

Yol hərəkəti ilə bağlı bəzi qanunlarda dəyişiklik ediləcək

Yol hərəkəti ilə bağlı bəzi qanunlarda dəyişiklik ediləcək

29 İyul 2026 - 16:06

“Yol hərəkəti haqqında” qanununda dəyişikliklə əlaqədar bəzi qanunlarında dəyişiklik ediləcək. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov...

Next Post
Bu ölkədə 17 klubun çempionluq şansı var – Sona 6 tur qalıb

Bu ölkədə 17 klubun çempionluq şansı var – Sona 6 tur qalıb

Azərbaycanda orta aylıq əmək haqqı artdı

Azərbaycanda orta aylıq əmək haqqı artdı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Boş qalan magistr yerlərinə əlavə qəbul keçiriləcək

Boş qalan magistr yerlərinə əlavə qəbul keçiriləcək

29 İyul 2026 - 18:41
Qəzzada 60 mindən çox uşaq yetim qalıb

Qəzzada 60 mindən çox uşaq yetim qalıb

29 İyul 2026 - 18:36
DİM magistraturaya qəbulun nəticələrini elan etdi

DİM magistraturaya qəbulun nəticələrini elan etdi

29 İyul 2026 - 18:26
Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

29 İyul 2026 - 18:14
Liviya Rusiyaya öz ərazisində neft zavodu tikməyi təklif edir

Liviya Rusiyaya öz ərazisində neft zavodu tikməyi təklif edir

29 İyul 2026 - 18:00
Netanyahu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens ilə görüşüb

Netanyahu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens ilə görüşüb

29 İyul 2026 - 17:47
Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

29 İyul 2026 - 17:35
İnfantino DÇ hüquqlarının satışı üçün FIFA üzvlərinə 40 milyon təklif etdi

İnfantino DÇ hüquqlarının satışı üçün FIFA üzvlərinə 40 milyon təklif etdi

29 İyul 2026 - 17:28
“SOCAR Polymer”in qeyri-neft sektoru üzrə ixracı azalıb

“SOCAR Polymer”in qeyri-neft sektoru üzrə ixracı azalıb

29 İyul 2026 - 17:19
Zelenski Trampdan qışa qədər Kiyevə 300 “Patriot” raketinin verilməsini xahiş edib

Zelenski Trampdan qışa qədər Kiyevə 300 “Patriot” raketinin verilməsini xahiş edib

29 İyul 2026 - 17:10
“Azərkosmos”un ixracında Birləşmiş Krallıq ilk sırada yer alıb

“Azərkosmos”un ixracında Birləşmiş Krallıq ilk sırada yer alıb

29 İyul 2026 - 16:47
6 ayda Azərbaycanın qeyri-neft sektoruna aid malllarının ixrac ölkələri açıqlandı

6 ayda Azərbaycanın qeyri-neft sektoruna aid malllarının ixrac ölkələri açıqlandı

29 İyul 2026 - 16:40
İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

29 İyul 2026 - 16:34
Qeyri-neft sektoru üzrə ixrac 16,9% artıb

Qeyri-neft sektoru üzrə ixrac 16,9% artıb

29 İyul 2026 - 16:27
Medianın İnkişafı Agentliyi və BMTM yenidən təşkil olunur – SƏRƏNCAM

Medianın İnkişafı Agentliyi və BMTM yenidən təşkil olunur – SƏRƏNCAM

29 İyul 2026 - 16:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.