EN RU

ABŞ-İran danışıqlarının başlama saatı açıqlandı

İslamabadda İran-ABŞ danışıqları Bakı vaxtı ilə saat 15:00-dan sonra başlayacaq.

Bunu da oxuyun

Elchi.az xəbər verir ki, bu barədə “Al Hadath” mənbələrə istinadla məlumat yayıb.

Artıq ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin rəhbərlik etdiyi nümayəndə heyəti danışıqlar üçün İslamabaddadır. Heyətə ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner, Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Müdafiə Nazirliyinin nümayəndələri daxildir.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi Tehran nümayəndə heyəti də aprelin 10-da Pakistan paytaxtına gəlib. Nümayəndə heyəti Mərkəzi Bankın sədri Əbdülnasir Himəati, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədiyan və xarici işlər naziri Abbas Əraqçidən ibarətdir.

Bənzər yazılar

Next Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com