Türkiyənin Van vilayətinin Tuşba rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla 08:52-də baş verən zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib.
Yeraltı təkanın ətraf rayonlarda da hiss edildiyi vurğulanıb.
Tələfat və dağıntı barədə məlumat verilməyib.





















