Amerika administrasiyası 2027-ci maliyyə ili üçün ABŞ federal büdcəsinin qeyri-hərbi xərclərini 10% azaltmağı təklif edir.
Elchi.az xəbər verir ki, bu barədə növbəti maliyyə ili üçün büdcə layihəsinin ABŞ Konqresinə təqdim edilməsi ilə əlaqədar Ağ Evin dərc etdiyi arayış sənədlərində məlumat verilir.
“Qeyri-hərbi xərclər 73 milyard dollar və ya 10% azaldılıb”, — deyə icra hakimiyyəti tərəfindən hazırlanan müşayiətedici sənədlərdə qeyd olunur.
Eyni zamanda, administrasiya 2027-ci ildə hərbi ayırmaların 1,5 trilyon dollar səviyyəsinə qədər artırılmasını təklif edir. Bu, 2026-cı maliyyə ili ilə müqayisədə 445 milyard dollar və ya 42% çoxdur. Hərbi xərclər, xüsusən də ABŞ Hərbi Dəniz Qüvvələri üçün 18 yeni gəminin, 16 təminat gəmisinin, Quru Qoşunları və Sahil Mühafizəsi üçün 5 gəminin, həmçinin Milli Elm Fondu xətti ilə Arktikada tədqiqatlar üçün 1 gəminin satın alınmasını nəzərdə tutur.
Məryəm





















