İranın təxminən 7 milyon vətəndaşı silah götürərək ölkəsini müdafiə etməyə hazırdır.
Elchi.az xəbər verir ki, bu barədə İslam Respublikası Məclisinin (parlamentinin) sədri Məhəmməd Baqer Qalibaf bildirib.
“Məhz indi, bir həftədən az müddətdə, bütün ölkəni bürüyən güclü milli kampaniya nəticəsində silah götürməyə və ölkəsinin müdafiəsinə qalxmağa hazır olduğunu bildirən 7 milyon iranlı bir araya gəlib”, — deyə o, “X” sosial şəbəkəsində yazıb. Qalibafın sözlərinə görə, iranlılar respublikanı qorumaq üçün “qan tökməyə” və “sonuna qədər dayanmağa” hazırdırlar.
Məryəm





















