ABŞ və İsrailin hücumuna məruz qalan İranın Mərkəzi Əyalətindəki Xomeyn şəhərində MQ-9 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğu bildirilir.
Elchi.az xəbər verir ki, İran Tələbə Xəbər Agentliyi (ISNA) İnqilab Keşikçilərinin Mərkəzi Əyalət Qərargahının bəyanatını dərc edib.
Bəyanatda deyilir: “Xomeynin səmasında aşkar edilən MQ-9 tipli PUA məhv edilib”.
İnqilab Keşikçilərinin 30 martda verdiyi açıqlamada bildirilir ki, 28 fevral müharibəsinin başlanğıcından bəri təxminən 140 müxtəlif tipli PUA vurulub.
Şayəstə





















