İsrail ordusu, ABŞ ilə birgə hücumlardan sonra İranın qisas hücumları nəticəsində ümumilikdə 12 nəfərin öldüyünü və 200 israilli, onlardan 7-sinin ağır yaralandığını açıqladı.
Elchi.az xəbər verir ki, İsrail ordusunun açıqlamasında İrandan hər gün fasilələrlə raketlərin atıldığı və Livandakı Hizbullahın eyni vaxtda tank əleyhinə və qısa mənzilli raketlərlə cavab verdiyi bildirilirdi.
Bəyanatda İranın İsrailə qarşı qisas əməliyyatlarında istifadə etdiyi sursata diqqət çəkilərək, 28 fevralda ABŞ-İsrail hücumlarının başlamasından bəri İran tərəfindən atılan raketlərin təxminən yarısının çoxbaşlı raketlər olduğu qeyd edildi.
Bəyanatda İranın qisas əməliyyatlarında 12 nəfərin öldüyü və 200 nəfərin yaralandığı, onlardan 7-sinin ağır yaralandığı bildirildi.
Şayəstə





















