ABŞ Hörmüz boğazından keçən tankerlər və digər gəmilər üçün müşayiət əməliyyatları aparmaq zərurəti yaranarsa, İrana qarşı hərbi əməliyyatlarını genişləndirməyi planlaşdırmır.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset bildirib.
O deyib: “Bizim Yer üzündə başqa heç bir ölkədə olmayan imkanlarımız var və biz bu vəziyyətə nəzarət etmək üçün administrasiyanın bütün səviyyələrində enerji sahəsində tərəfdaşlarımızla işləyirik.”
Heqset əlavə edib ki, müharibənin miqyasının genişləndirilməsi planlaşdırılmır:
“Dünya anlamalıdır ki, bu planlaşdırılmayıb və genişləndirilməyəcək. Biz burada nəyə nail olmaq istədiyimizi dəqiq bilirik və Amerika xalqı buna əmin ola bilər.”
Məryəm





















