Alimentlə bağlı işlərin sayı ilbəil 10 faiz artır.
Elchi.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışında deyib.
Nazir müavini qeyd edib ki, 2025-ci ildə aliment ödəməkdən yayınan 4299 şəxs barəsində inzibati protokol tərtib olunub: “Son 5 ildə aliment işlərinin sayı 10 minədək artıb. Aliment işinin icrası isə aşağıdır. Alimentin ödənilməsində yaranan çətinliklər vəsaitin, iş yerinin olmaması, iş yerlərinin tez-tez dəyişməsi ilə bağlıdır”.
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl Teatr” Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə...




















