Slovakiyanın SEPS dövlət şirkətinin rəhbəri Martin Maqatın sözlərinə görə, Ukrayna operatoru “Ukrenergo” artıq Slovakiyadan gələn təcili enerji təchizatına etibar edə bilməyəcək.
Elchi.az xəbər verir ki, onun sözlərinə görə, Slovakiya hökuməti müvafiq qərarı verib.
Ukrayna sonuncu dəfə təcili yardımı yanvar ayında alıb. Ondan sonra yenidən onlara müraciət etsə də, qəbul etməyib. Maqat iki ölkə arasında normal kommersiya elektrik ticarətinin dəyişmədən davam edəcəyini söylədi.
“Biz Ukraynaya elektrik enerjisinin tədarükünü tamamilə dayandırmaq niyyətində olduğumuz fikrini qəti şəkildə rədd edirik”, – SEPS rəhbəri bildirib.
Qeyd olunur ki, müqaviləyə xitam verilməsi təşəbbüsü Slovakiyanın baş naziri Robert Fiko tərəfindən irəli sürülüb və hökumət martın 4-də keçirilən iclasda bunu təsdiqləyib.
Fevralın sonunda Macarıstanın baş naziri Viktor Orban da ölkəsinin Ukraynaya elektrik enerjisi verməkdən imtina edəcəyi ilə hədələyib. O, həmçinin diqqətə çatdırıb ki, Budapeşt və Bratislava birlikdə Ukraynanın elektrik enerjisi idxalının 40 faizini təşkil edir.
Yeganə





















