"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Cənginin sədaları”nda müəllim və dirijor vəhdəti

02 Mart 2026 - 19:24
in CƏMİYYƏT, XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycan Milli Konservatoriyasının Böyük zalında keçirilən “Cənginin sədaları” sinif konserti musiqisevərlərə yaddaqalan sənət saatları yaşatdı. Gecənin bədii rəhbəri və dirijoru – konservatoriyanın dissertantı, 24 nömrəli Onbirillik Musiqi Məktəbinin müəllimi, yerli və beynəlxalq müsabiqələr laureatı Nəsibə Cəfərova idi.

Bunu da oxuyun

Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb

ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib

Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır

 

Bu konsert hesabat xarakterli çıxışdan daha artıq məna daşıyırdı. Tədbir Nəsibə Cəfərovanın pedaqoji fəaliyyəti, yaradıcılıq baxışı və dirijor kimi formalaşmış peşəkarlığının təqdimatı oldu. Orkestri səhnədə məhz o idarə edir, ifalara dinamika, bütövlük və ifadə dərinliyi qazandırırdı.

Konsertdə çıxış edənlər sırasında konservatoriyanın elmi işlər üzrə prorektoru, professor, əməkdar incəsənət xadimi Lalə Hüseynova, 24 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Sabir Rzayev, Azərbaycan xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və dirijoru, xalq artisti, professor Ağaverdi Paşayev, eləcə də xalq çalğı alətləri (muğam) kafedrasının müdiri, xalq artisti Malik Mansurov yer alıblar. Çıxışlarda Nəsibə Cəfərovanın həm müəllim, həm də musiqiçi kimi fəaliyyəti yüksək dəyərləndirilib.

Konsertin aparıcısı konservatoriyanın Elm, Yaradıcılıq və Beynəlxalq Əlaqələr Mərkəzinin yaradıcılıq məsələləri üzrə mütəxəssisi, Tələbə Elmi Cəmiyyətinin sədri, Üzeyir Hacıbəyli təqaüdçüsü Zeynəb Bağır olub.

Tədbirin əvvəlində “Cəngi” xalq çalğı alətləri ansamblının Özbəkistan səfəri və beynəlxalq uğurları haqqında məlumat verilib. Proqram isə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin “Cəngi” əsəri ilə başlayıb.

Tədbir boyu Azərbaycan bəstəkarlarının klassik və XX əsr nümunələri səsləndirilib. Fikrət Əmirovun “Kor ərəbin mahnısı” və “Rəqs”, Səid Rüstəmovun “Sərhədçilər marşı”, “Fasilə marşı” və “Qaytağı” əsərləri dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Diqqətəlayiq məqamlardan biri də bəzi əsərlərin orkestrləşdirilməsinin Nəsibə Cəfərova tərəfindən həyata keçirilməsi olub. Bu, konsertə onun şəxsi yaradıcılıq möhürünü vuraraq ifalara yeni çalar və fərdi interpretasiya qazandırıb.

Qeyd edək ki, Nəsibə Cəfərovanın orkestr quruculuğuna marağı tələbəlik illərindən başlayıb. O, hələ ikinci kursda oxuyarkən öz təşəbbüsü ilə fərdi orkestr yaratmış və ilk orkestrləşdirmə təcrübələrini həmin dövrdə formalaşdırmışdır. Bu gün isə həmin ideya peşəkar səviyyədə öz bəhrəsini verir.

Konsertə dəvətlilər arasında Azərbaycan Respublikasının xalq artisti, professor Gülnaz İsmayılova, professor, əməkdar incəsənət xadimi, konservatoriyanın Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının müdiri Akif Quliyev, professor Məmmədağa Umudov və dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru İradə Hüseynova da olub.

“Cənginin sədaları” bir daha göstərdi ki, Nəsibə Cəfərova təkcə pedaqoq deyil, həm də peşəkar orkestr rəhbəri və dirijordur. Onun rəhbərliyi ilə gənc musiqiçilər Azərbaycan musiqisinin zəngin ənənələrini səhnədə inamla və yüksək səviyyədə təqdim etdilər. Bu axşam həm müəllimin, həm də yetirmələrinin uğur hekayəsi kimi yadda qaldı.

 

 

Previous Post

Mikayıl Cabbarov bp-nin vitse-prezidenti ilə görüş

Next Post

Xameneinin həyat yoldaşı zərbələr zamanı aldığı yaralardan ölüb

Bənzər yazılar

Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb

Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb

25 Sentyabr 2026 - 23:28

Konqo Demokratik Respublikasında hərbi təyyarənin qəzaya uğraması nəticəsində 13 nəfər, o cümlədən ordunun 3 zabiti ölüb. Elchi.az "Reuters" agentliyinə istinadən...

ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib

ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib

25 Sentyabr 2026 - 23:27

Yeni tənəffüs patogenin ortaya çıxması COVID-19 pandemiyası ilə müqayisə oluna biləcək nəticələrə malik pandemiyaya səbəb ola bilər. Elchi.az xəbər verir...

Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır

Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır

25 Sentyabr 2026 - 23:25

Kanada Avropa İttifaqında (Aİ) tamhüquqlu üzvlük əldə etmək məsələsini qaldırmır. Elchi.az xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri...

Neftçalada küləyin sürəti 25 m/s-yə çatır – FAKTİKİ HAVA

Neftçalada küləyin sürəti 25 m/s-yə çatır – FAKTİKİ HAVA

25 Sentyabr 2026 - 23:23

Azərbaycanın bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 25-i saat...

Next Post
Xameneinin həyat yoldaşı zərbələr zamanı aldığı yaralardan ölüb

Xameneinin həyat yoldaşı zərbələr zamanı aldığı yaralardan ölüb

İsrail Müdafiə Ordusu: “Hizbullah”ı darmadağın edəcək zərbə endirəcəyik

İsrail Müdafiə Ordusu: "Hizbullah"ı darmadağın edəcək zərbə endirəcəyik

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb

Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb

25 Sentyabr 2026 - 23:28
ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib

ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib

25 Sentyabr 2026 - 23:27
Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır

Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır

25 Sentyabr 2026 - 23:25
Neftçalada küləyin sürəti 25 m/s-yə çatır – FAKTİKİ HAVA

Neftçalada küləyin sürəti 25 m/s-yə çatır – FAKTİKİ HAVA

25 Sentyabr 2026 - 23:23
Tramp Si Cinpinlə danışıqları barədə: möhtəşəm hadisələr gözlənilir

Tramp Si Cinpinlə danışıqları barədə: möhtəşəm hadisələr gözlənilir

25 Sentyabr 2026 - 20:49
Kamçatka sahillərində “Triumf” gəmisində baş verən yanğın zamanı 7 nəfər yaralanıb

Kamçatka sahillərində “Triumf” gəmisində baş verən yanğın zamanı 7 nəfər yaralanıb

25 Sentyabr 2026 - 20:47
AK: Aİ ölkələri insan alveri və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunları icra etməyə tələsmir

AK: Aİ ölkələri insan alveri və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunları icra etməyə tələsmir

25 Sentyabr 2026 - 20:44
Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

25 Sentyabr 2026 - 20:41
Amsterdamda kafe terrasında atışma zamanı bir nəfər ölüb

Amsterdamda kafe terrasında atışma zamanı bir nəfər ölüb

25 Sentyabr 2026 - 20:40
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri atəş dəstəyi altında himayəli irəliləmə tapşırıqlarını icra ediblər

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri atəş dəstəyi altında himayəli irəliləmə tapşırıqlarını icra ediblər

25 Sentyabr 2026 - 20:22
Qazaxıstan və Çin 8 milyard dollarlıq 50 kommersiya sənədi imzalayıb

Qazaxıstan və Çin 8 milyard dollarlıq 50 kommersiya sənədi imzalayıb

25 Sentyabr 2026 - 20:20
Küləkli hava nə vaxta qədər davam edəcək?

Bəzi yerlərdə küləkli hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

25 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramov Şimali Kipr Türk Respublikasının xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Şimali Kipr Türk Respublikasının xarici işlər naziri ilə görüşüb

25 Sentyabr 2026 - 19:18
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib

25 Sentyabr 2026 - 19:09
“Birliyin Gücü – 2026” təliminin iştirakçıları üçün konsert təşkil edilib – VİDEO

“Birliyin Gücü – 2026” təliminin iştirakçıları üçün konsert təşkil edilib – VİDEO

25 Sentyabr 2026 - 19:01
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.