Ukrayna prezidenti Vladimir Zelenski Slovakiyanın baş naziri Robert Fitso ilə görüşün başqa ölkədə deyil, məhz Ukraynada keçirilməsini istəyir.
Elchi.az xəbər verir ki, bu barədə Zelenski jurnalistlərlə görüşdə bildirib.
Zelenski qeyd edib ki, onlar əvvəl görüş barədə razılığa gəliblər və Slovakiya baş naziri “Ukraynaya gəlməyə razılaşıb”. Ukrayna liderinin sözlərinə görə, indi Slovakiya tərəfinin görüşü başqa ölkədə keçirməyə hazır olduqlarını deməsi ona anlaşılmazdır.
“Baş nazir Fitso ilə danışığımız olub, görüş barədə razılaşmışdıq. Mən onu Ukraynaya dəvət etdim, o da gəlməyə razılaşdı. Sonradan başqa ölkədə görüşmək barədə reaksiyanı tam başa düşmədim. Məncə, bu düzgün deyil. Birincisi, baş nazir Ukraynaya gəlməyə razılaşıb, ikincisi isə söhbət burada gedir, burada neft kəməri yerləşir – niyə başqa yerə gedək?” – deyə Zelenski bildirib.
Məryəm





















