"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Belqradda Azərbaycan və Ermənistan arasında sülh prosesi müzakirə olunub

27 Fevral 2026 - 21:27
in CƏMİYYƏT, SİYASƏT
FacebookVatsap

Belqradda “Sülh, əməkdaşlıq və təhlükəsizlik perspektivləri: Vaşinqton sammitindən sonra Azərbaycan və Ermənistan” mövzusunda dəyirmi masa təşkil olunub

Bunu da oxuyun

Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Cənubi Koreyada 20 ildən sonra ilk dəfə qadın baş nazir vəzifəsinə namizəd irəli sürülüb

DİM bu gün dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirəcək

Elchi.az  xəbər verir ki, Azərbaycanın Serbiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilib.

Dəyirmi masa Cənubi Qafqaz regionunda dəyişən geosiyasi mənzərənin müzakirəsi və mümkün əməkdaşlıq istiqamətlərinin araşdırılması üçün tanınmış ekspertləri və diplomatları bir araya gətirib.

Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev diqqətə çatdırıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə işğal edilib:

“İşğalçılar şəhəri dağıtdı və mülki əhaliyə qarşı soyqırımı törədərək 613 dinc sakini, o cümlədən uşaqları, qadınları və yaşlıları amansızlıqla qətlə yetirdilər. Xocalıda mülki şəxslərin ayrı-seçkilik qoyulmadan öldürülməsi Ermənistan tərəfindən onilliklər boyu dövlət səviyyəsində azərbaycanlılara qarşı aparılan etnik təmizləmə, nifrət və irqi ayrı-seçkilik siyasətinin nəticəsi idi. Xocalı soyqırımı və digər cinayətlər beynəlxalq humanitar hüququn ən ağır pozuntularıdır”.

Diplomat deyib ki, 18 ölkənin milli qanunverici orqanları, həmçinin ABŞ-nin 24 ştatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyən və onu insanlığa qarşı cinayət, soyqırımı aktı kimi qiymətləndirən bir sıra qətnamə və qərarlar qəbul edib:

“Avropa İnsan Hüquqları Məhkəməsi Xocalıda törədilmiş cinayətlərlə bağlı mühüm nəticəyə gələrək bu vəhşilikləri törədənlərin davranışını xüsusi ağırlığa malik əməllər kimi qiymətləndirib və onların müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər təşkil edə biləcəyini vurğulayıb.

Beynəlxalq hüquqa əsasən, dövlətlər Xocalıda törədilmiş vəhşilikləri araşdırmaq və təqsirkarları məsuliyyətə cəlb etmək öhdəliyi daşıyırlar. Lakin həmin cinayətlərə görə məsuliyyət daşıyan şəxslər Ermənistanda məsuliyyətə cəlb edilməyib. İki həftə əvvəl Azərbaycanda məhkəmə bir qrup erməni separatçını hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə müxtəlif müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum etdi”.

Səfir bildirib ki, illər sonra ədalət bərqərar olunur:

“Hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra Azərbaycan Ermənistana beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət əsasında ikitərəfli münasibətlərin qurulmasını və bu barədə mümkün qədər tez ikitərəfli sazişin bağlanmasını təklif edib.

Müharibədən sonra çoxsaylı ikitərəfli danışıqlar keçirilib və sülh müqaviləsinin layihə mətninə dair razılıq əldə olunub, Azərbaycan eyni zamanda etimad quruculuğu və barışıq səyləri çərçivəsində hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini təklif edib.

Keçən il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş zamanı birgə bəyannamə imzalandı və Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin layihəsi iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflandı”.

K.Xasıyevin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında təxminən 30 il davam etmiş, çoxsaylı insan itkisinə və dağıntılara səbəb olmuş hərbi münaqişəyə baxmayaraq, bu gün Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik və əməkdaşlığa heç vaxt indiki qədər yaxın olunmayıb:

“Vaşinqtonda keçirilmiş tarixi sammitdən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, hərtərəfli sülhə doğru irəliləyiş ayları olub. Bu dövr münasibətlərimizin inkişafı baxımından son dərəcə əhəmiyyətli oldu. Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlər aradan qaldırıldı, həmçinin Ermənistana məhsulların ixracına başlandı. Başqa sözlə, son altı ay ərzində əməkdaşlığa start verildi və ticarət münasibətləri genişlənməkdədir”.

Səfir onu da xatırladıb ki, ötən payız Azərbaycan və Ermənistan birgə şəkildə ATƏT-ə müraciət edərək təşkilatın Minsk qrupunun və onun strukturlarının ləğvini xahiş ediblər:

“Onilliklər ərzində münaqişənin sülh yolu ilə həllinə cavabdeh olan Minsk qrupu heç bir nəticə əldə edə bilməyib. Nəticədə sözügedən müraciətdən sonra ATƏT-in iştirakçı dövlətlərinin konsensus əsasında qəbul etdiyi ləğv qərarı iki ölkə arasındakı münaqişənin həll olunduğunu bir daha təsdiqlədi”.

Azərbaycanın Serbiyadakı səfirliyinin attaşesi Tural Cəfərov Azərbaycan və Ermənistan liderləri arasında avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşün münasibətlərin normallaşdırılması perspektivlərinə diqqət çəkib:

“Cənubi Qafqaz son illərdə mühüm transformasiyalardan keçib. 2023-cü ildə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpası regionda yeni geosiyasi reallıq formalaşdırdı. Bu gün əsas sual ondan ibarətdir ki, bu reallığı necə davamlı sülh sazişinə çevirmək olar, uzunmüddətli təhlükəsizliyi necə təmin etmək olar və onilliklərlə davam edən qarşıdurmadan mərhələli şəkildə birgəyaşayış və əməkdaşlığa əsaslanan gələcəyə necə keçmək olar? Bu mənada Vaşinqton sammitindən sonra Azərbaycan və Ermənistan arasında sülh, əməkdaşlıq və təhlükəsizlik perspektivlərinin müzakirəsi üçün uyğun məqam yaranıb”.

Belqrad Universitetindəki Azərbaycan dili və mədəniyyəti Mərkəzinin rəhbəri və Diaspor Komitəsinin Serbiya üzrə təmsilçisi Günel Babanlı qeyd edib ki, Xocalı uzun illərin ağrısını simvolizə edir və bu ağrı minlərlə insanın həyatında dərin iz buraxıb.

Strateji Araşdırmalar Forumunun (FORST) prezidenti və Serbiya Milli Assambleyasının sabiq deputatı Neven Svetiçanin isə hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülh və yaxınlaşma prosesi artıq təkcə ikitərəfli ölçüdə deyil, daha geniş geosiyasi müstəvidə qiymətləndirilməlidir:

“Bu, Avrasiya məkanında daha möhkəm sabitliyin təməlini təşkil edən bir hekayədir. Sülh artıq yalnız milli məsələ və ya beynəlxalq münasibətlər səhnəsindəki rəqabət elementi deyil. O, strateji marşrutlar, nəqliyyat dəhlizləri, enerji axınları və formalaşmaqda olan yeni təhlükəsizlik arxitekturası kontekstində mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi lokal xarakterli məsələ deyil. Bu, Xəzər dənizindən Avropa İttifaqına qədər uzanan geniş coğrafiyada sabitliyin taleyini müəyyən edən amildir. Beynəlxalq ictimaiyyət dialoqun yeni mərhələsini dəstəkləyir. Lakin sülh tək bir sənədlə yaranmır. O, üç əsas proses üzərində qurulur: kommunikasiyanın institusionalizasiyası; artıq başlanmış qarşılıqlı iqtisadi əlaqələr; etibarlı təhlükəsizlik təminatları”.

Son olaraq çıxış edən Nikola Tesla Universitetinin Beynəlxalq Siyasət və Təhlükəsizlik fakültəsinin dekanı Violeta Raşkoviç-Taloviç bildirib ki, modernləşmə ehtiyacları unikal xarici siyasət dinamikasını formalaşdırır:

“Məhz buna görə Azərbaycan əhəmiyyətli resurslarına və tranzit potensialına söykənərək, beynəlxalq rəqabətə və regional qeyri-sabitliyə rasional cavab kimi multivektorlu xarici siyasət kursunu inkişaf etdirib. Məqsəd müxtəlif güc mərkəzləri arasında balansı qorumaqla suverenliyi, ərazi bütövlüyünü və iqtisadi rifahı təmin etməkdir.

Azərbaycanın nümunəsində multivektorlu model düşünülmüş “siyasi portfel” yanaşması kimi təzahür edir. Bakı Türkiyə ilə strateji tərəfdaşlığı inkişaf etdirir, Rusiya və İranla funksional münasibətləri qoruyur, eyni zamanda Avropa İttifaqı və ABŞ ilə, xüsusilə enerji təhlükəsizliyi, iqtisadi əlaqələr və regional sabitlik sahəsində intensiv əməkdaşlıq qurur”.

 

 

Previous Post

KİV: Britaniyanın keçmiş Baş naziri Zelenskinin yanında pulsuz işləyəcək

Next Post

Nikola Tesla Universitetinin dekanı: Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır

Bənzər yazılar

Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

07 İyun 2026 - 11:54

Saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə fasilələrlə şimşək çaxır, arabir yağış yağır....

Cənubi Koreyada 20 ildən sonra ilk dəfə qadın baş nazir vəzifəsinə namizəd irəli sürülüb

Cənubi Koreyada 20 ildən sonra ilk dəfə qadın baş nazir vəzifəsinə namizəd irəli sürülüb

07 İyun 2026 - 11:50

Cənubi Koreya Prezidenti Li Cje Myon kiçik və orta müəssisələr və startap məsələləri üzrə nazir Han Son Suku Baş nazir...

DİM bu gün dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirəcək

DİM bu gün dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirəcək

07 İyun 2026 - 10:44

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə...

Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

07 İyun 2026 - 10:41

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. DİM-dən  Elchi.az...

Next Post
Nikola Tesla Universitetinin dekanı: Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır

Nikola Tesla Universitetinin dekanı: Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır

Qazaxıstan XİN vətəndaşlarına İrana səfər etməkdən çəkinməyi tövsiyə edib

Qazaxıstan XİN vətəndaşlarına İrana səfər etməkdən çəkinməyi tövsiyə edib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

07 İyun 2026 - 11:54
Cənubi Koreyada 20 ildən sonra ilk dəfə qadın baş nazir vəzifəsinə namizəd irəli sürülüb

Cənubi Koreyada 20 ildən sonra ilk dəfə qadın baş nazir vəzifəsinə namizəd irəli sürülüb

07 İyun 2026 - 11:50
Paşinyan parlament seçkilərində səs verib

Paşinyan parlament seçkilərində səs verib

07 İyun 2026 - 10:47
DİM bu gün dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirəcək

DİM bu gün dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirəcək

07 İyun 2026 - 10:44
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

07 İyun 2026 - 10:41
“İranın belə ucuz təxribatın təsiri altına düşəcəyini düşünmürəm” – Qüdrət Həsənquliyev

“İranın belə ucuz təxribatın təsiri altına düşəcəyini düşünmürəm” – Qüdrət Həsənquliyev

06 İyun 2026 - 19:55
NATO-nun beş ölkəsi Latviyada hava hücumundan müdafiə təlimləri keçirib

NATO-nun beş ölkəsi Latviyada hava hücumundan müdafiə təlimləri keçirib

06 İyun 2026 - 19:24
Türkiyə klubu yeni baş məşqçisini rəsmən açıqladı

Türkiyə klubu yeni baş məşqçisini rəsmən açıqladı

06 İyun 2026 - 18:20
Qətər İranın Küveyt və Bəhreynə hücumlarını pislədi

Qətər İranın Küveyt və Bəhreynə hücumlarını pislədi

06 İyun 2026 - 18:07
Sabah meteohəssas insanları narahat edən hava gözlənilir

Sabah meteohəssas insanları narahat edən hava gözlənilir

06 İyun 2026 - 17:51
Rusiya rəsmisi: ABŞ Ukrayna üzrə danışıqlardan çıxmağa çalışır

Rusiya rəsmisi: ABŞ Ukrayna üzrə danışıqlardan çıxmağa çalışır

06 İyun 2026 - 17:36
FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib

FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib

06 İyun 2026 - 17:19
Hava ilə bağlı xəbərdarlıq: Yağış yağacaq

Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır – FAKTİKİ HAVA

06 İyun 2026 - 17:00
Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi

XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür

06 İyun 2026 - 16:45
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

06 İyun 2026 - 16:22
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.