"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Təxribatları ram edən strateji düşüncə

24 Fevral 2026 - 15:33
in SİYASƏT
FacebookVatsap

Böyük siyasət və dövlət idarəçiliyində strateji düşüncəyə malik olmaq zəruri keyfiyyət hesab edilir. Buna baxmayaraq, müasir dünyada cərəyan edən proseslərə diqqət yetirən zaman görürük ki, sözügedən xüsusiyyət yalnız nadir siyasətçi və dövlət xadimlərinə məxsusdur. Bu gün strateji düşüncə tərzi dahiliyə bərabər keyfiyyətdir. Strateji düşüncə, sadəcə, peşəkarlığın əlaməti deyil, bu, eyni zamanda, fitri keyfiyyətdir. Müasir siyasətçilər arasında məhz strateqlərin azalması səbəbindən populizm və demaqogiya üstünlük təşkil edir. Strateji düşünmək bacarığından məhrum olmuş siyasətçinin fəaliyyəti əsasən qısamüddətli və situativ vəzifələrinin icrası ilə məhdudlaşır. Elə buna görə də müasir dövrdə tarixi nailiyyətlərə imza atmış görkəmli siyasətçilərinin sayı olduqca azdır.

Bunu da oxuyun

MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yaydı

Mopedlər də texniki baxışdan keçəcək

Azərbaycan İstanbula yeni baş konsul təyin edib

Strateji düşüncə tərzinə sahib olan dövlət xadimi tənqidlərdən qorxmur, təsir altına düşmür, emosiyalara qapanmır, müəyyən etdiyi məqsədlərə sadiqdir, perspektiv planları gizlədir və dövlət quruculuğu prosesində məhz gələcək haqqında düşündüyü üçün əsasən gələcəyə hesablanmış addımları ilə seçilir. Təbiidir ki, bu cür siyasətçi ölkənin daxilində bütün rəqiblər üçün əlçatmaz olur, beynəlxalq münasibətlər sistemində isə əlverişsiz (rahat olmayan) tərəf müqabili kimi qarşılanır. Bu cür siyasətçi digər dövlətlərin strategiyalarını pozur və beynəlxalq münasibətlərin böyük oyunçularını təmsil etdiyi ölkənin maraqları ilə hesablaşmağa məcbur edir.

Elchi.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında politoloq Asif Adil deyib.

O vurğulayıb ki, Qələbədən sonra Azərbaycan dövləti və xalqı öz tarixinin ən möhtəşəm dövrünü yaşayır.

“Burada müstəqillik tariximizin cəmi bir neçə mərhələsini yada salaq: müstəqilliyin ilk illərində dövlətin fiziki mövcudluğunu qoruya bildik, dayanıqlı inkişafı mümkün edən sabitliyi təmin etdik, müstəqil millət kimi özümüzü dünyaya tanıtdırdıq, beynəlxalq iqtisadi bazarlara daxil olduq, milli-mədəni identikliyimizi qoruduq, “keçmiş sovet ölkəsi” damğasından qurtulduq və bərabərhüquqlu tərəfdaşa çevrildik, “Qalib ölkə” statusuna qədər inkişaf etdik, regionda yeni reallığın müəllifi olduq və tarixi çox keçmişlərə uzanan münaqişəyə son qoyduq, uzun onilliklər ərzində beynəlxalq münasibətlər sistemində mövcud daşlaşmış stereotipləri dağıtdıq, regionda dayanıqlı sülhü təmin etmək üçün “sülh modeli”ni gündəliyə gətirdik, böyük dövlətlərin mühüm etiraflarına nail olduq və s. Heç şübhəsiz ki, bu cür nailiyyətlərə müvəffəq olmuş dövlət rahat təsir altına düşməz, onun rəhbəri isə rəqib dövlətlər üçün əlverişsiz tərəf müqabili hesab olunacaq. Təbii ki, bizim coğrafiyamızda geosiyasi maraqları olan dövlətlər regionda müstəqil siyasət aparmaq gücündə olan Azərbaycanın mövcudluğunu rahat həzm edə bilməz.
Mövcud kontekstin inkişafında Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi önəmli fikri yada salaq: “Biz elə bir bölgədə yerləşirik, bizə qarşı elə bir qüvvələr birləşib ki, bizə ziyan vurmaq üçün fürsət axtarırlar. Biz, – İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, – sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik”. Əslində, Prezidentin “bunu bizə bağışlamayacaqlar” ifadəsi bu günlərdə şahid olduğumuz bəzi proseslərin əsl səbəblərinin üzərinə işıq salır”, – deyə politoloq bildirib.

Onun sözlərinə görə, bu, eyni zamanda, ondan xəbər verir ki, bu gün yaşanan təxribatların mümkünlüyü hələ illər öncə Prezident tərəfindən ehtimal olunub. Dövlətimizin başçısının siyasi iradəsi və strateji düşüncəsi sayəsində bütün təxribatlar ram olunur. Dünya və regionda əsə biləcək bütün mümkün “küləklərə” rəğmən Prezident öz hədəf və siyasətinə sadiq qaldı. Ötən müddət ərzində biz dəfələrlə ona da şahidlik etdik ki, dövlətimizin başçısı strateji hədəfləri kamuflyaj etmək məcburiyyətində idi. Təsadüfi deyil ki, dünyada kifayət qədər tanınmış bir jurnalist və ictimai xadim öz müsahibələrinin birində qeyd etmişdir: “Prezident İlham Əliyev o nadir dövlət başçılarındandır ki, o öncə edir, sonra danışır”. Bu cür mükəmməl rəy bilavasitə Prezident İlham Əliyevin strateji düşüncəsinin təcəssümüdür.

“Odur ki, həqiqətə daha yaxın olmaq və yaşanan hadisələrin əsl sifarişçilərini tanımaq üçün “bunu bizə bağışlamayacaqlar” sözlərini deyəndə Prezident reallıqda kimləri və hansı qüvvələri nəzərdə tutduğunu müəyyən etməyə çalışaq? Əlbəttə ki, burada iki ünvan nəzərdə tutula bilər: 1) Azərbaycanın artan beynəlxalq nüfuzunu həzm edə bilməyən və bütün regionu təsir altında saxlamaq istəyən qüvvələr; 2) xarici qüvvələrin əllərində təxribat aləti kimi istifadə olunan xain ünsürlər. Hər iki ünvanın təxribat strategiyalarının hədəfləri eynidir: ölkənin beynəlxalq imici, dövlət başçısının şəxsi nüfuzu, qazanılan tarixi Qələbənin gözdən salınması, milli həmrəylin dağıdılması və etiraz mədəniyyətinin yayılması.

Məsələnin ağırlığını hiss etmək üçün qələbədən sonra mənfur qüvvələr tərəfindən ardıcıl şəkildə həyata keçirilən təxribatların əsas mövzularına diqqət yetirək: birgəyaşayışın, yəni sülhün mümkünsüzlüyü; Qələbənin legitimliyi ilə bağlı manipulyasiyalar; Azərbaycanın müstəqil siyasət aparmasına qarşı yönəlmiş təxribatlar (bu cür təxribatlar dövlətimizə məxsus olan mülkü təyyarənin vurulmasına qədər inkişaf etmişdir); Azərbaycanın beynəlxalq enerji bazarlarından sıxışdırıb çıxarılması; ölkəmizin beynəlxalq təşkilatlardan çıxarılması ilə bağlı açıq şantajlar; qonşu dövlətlər ilə yeni münaqişə ocaqlarının yaradılması ilə bağlı təhdidlər; Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin qərəzli şəkildə müxtəlif sınaqlardan keçirilməsi; xain qüvvələr vasitəsilə ölkənin daxilində yaşanan həmrəylik mühitinin parçalanması (yada salaq ki, sözügedən vəzifə təqribən son 5-6 ilə qədər əsasən radikallıq azarına yoluxmuş siyasi partiyalar vasitəsilə icra olunurdu); ölkə rəhbərliyinin imici ilə bağlı mənfi ictimai rəyin formalaşmasına yönəlmiş təxribatlar (siyasi partiyaları təsir və manipulyasiya aləti kimi itirmiş xarici qüvvələr bu dəfə qeyd olunan məqsəd üçün sadəcə internet “xuliqan”larının köməyinə müraciət etdilər). Qeyd edək ki, sərt reaksiyaların olacağına və hadisələrin məhz emosional müstəvisinə keçəcəyinə hesablanmış son təxribatlar bilavasitə “kirli” siyasi texnologiyalarının dibidir.

Yaxın keçmişimizdə bütün bunlara şahidlik etdik. Ancaq doğma məmləkətimiz bu çirkli sınaqlardan uğurla çıxmağa müvəffəq olub. Məhz strateji düşüncə tərzi və bu düşüncə tərzinə aid olan keyfiyyətlər sayəsində bütün təxribatlar ram edilib. Xarici qüvvələrin yaramaz cəhdlərinə rəğmən Azərbaycan xalqı milli həmrəyliyi və birliyi qorumağa müvəffəq oldu. Bu birlik dövlətimizin sarsılmaz qalxanıdır və heç bir ucuz intriqa Qalib xalqın mövqeyini dəyişdirə bilməz: düşmənlərin bütün yaramaz cəhdlərinə rəğmən milli birlik, həmçinin xalq-iqtidar birliyi dövlətimizin daha böyük zirvələr fəth etməsinə səbəb olacaq”, – deyə Asif Adil diqqətə çatdırıb.

 

Previous Post

Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür – ADY

Next Post

Xalq şairinə “Heydər Əliyev” ordeni təqdim olundu

Bənzər yazılar

MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yaydı

MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yaydı

27 İyul 2026 - 16:45

İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi tərəfindən bəzi xarici media subyektləri, o cümlədən Azərbaycan Respublikasının dövlət televiziya kanalı olan AzTV-nin “düşmən...

Mopedlər də texniki baxışdan keçəcək

Mopedlər də texniki baxışdan keçəcək

27 İyul 2026 - 16:29

“Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin...

Azərbaycan İstanbula yeni baş konsul təyin edib

Azərbaycan İstanbula yeni baş konsul təyin edib

27 İyul 2026 - 13:40

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib. Elchi.az xəbər verir ki, bu barədə...

Azərbaycanın İstanbuldakı konsulu geri çağırılıb

Azərbaycanın İstanbuldakı konsulu geri çağırılıb

27 İyul 2026 - 13:38

Nərminə Elsevər qızı Mustafayeva Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq...

Next Post
Xalq şairinə “Heydər Əliyev” ordeni təqdim olundu

Xalq şairinə “Heydər Əliyev” ordeni təqdim olundu

Orbandan Ukraynaya SƏRT MESAJ

Orbandan Ukraynaya SƏRT MESAJ

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Lerikdə əməliyyat: saxlanılan var

Lerikdə əməliyyat: saxlanılan var

27 İyul 2026 - 18:42
İtaliyada etirazlar zamanı 120 polis xəsarət alıb

İtaliyada etirazlar zamanı 120 polis xəsarət alıb

27 İyul 2026 - 18:34
Yeni ekspres marşrut fəaliyyətə başlayır: Gediş haqqı…

Yeni ekspres marşrut fəaliyyətə başlayır: Gediş haqqı…

27 İyul 2026 - 18:25
Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

27 İyul 2026 - 18:12
Husiçilər Səudiyyə Ərəbistanının neft obyektlərinə PUA hücumu etdiklərini bildirdilər

Husiçilər Səudiyyə Ərəbistanının neft obyektlərinə PUA hücumu etdiklərini bildirdilər

27 İyul 2026 - 17:56
ABŞ “Patriot” və “THAAD” komponentlərinin istehsalını genişləndirəcək

ABŞ “Patriot” və “THAAD” komponentlərinin istehsalını genişləndirəcək

27 İyul 2026 - 17:49
Nazirlikdən fermerlərə xəbardarlıq: Cərimə…

Nazirlikdən fermerlərə xəbardarlıq: Cərimə…

27 İyul 2026 - 17:37
Səudiyyə Ərəbistanı neft obyektlərinə doğru uçan PUA-ları vurub

Səudiyyə Ərəbistanı neft obyektlərinə doğru uçan PUA-ları vurub

27 İyul 2026 - 17:25
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi

Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi

27 İyul 2026 - 17:17
Netanyahu Trampla ilk növbədə İran məsələsini müzakirə edəcək

Netanyahu Trampla ilk növbədə İran məsələsini müzakirə edəcək

27 İyul 2026 - 17:10
Tehrandan Moskvaya mesaj: Əraqçı Xəzərdəki hücumu Lavrovla müzakirə etdi

Tehrandan Moskvaya mesaj: Əraqçı Xəzərdəki hücumu Lavrovla müzakirə etdi

27 İyul 2026 - 16:59
MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yaydı

MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yaydı

27 İyul 2026 - 16:45
Rusiya Xəzər dənizində baş verənlərə görə xəbərdarlıq etdi

Rusiya Xəzər dənizində baş verənlərə görə xəbərdarlıq etdi

27 İyul 2026 - 16:37
Mopedlər də texniki baxışdan keçəcək

Mopedlər də texniki baxışdan keçəcək

27 İyul 2026 - 16:29
Bakıda dənizdə batma təhlükəsi olan 3 nəfər xilas edildi: 13 yaşlı qızın meyiti sudan çıxarıldı

Bakıda dənizdə batma təhlükəsi olan 3 nəfər xilas edildi: 13 yaşlı qızın meyiti sudan çıxarıldı

27 İyul 2026 - 16:21
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.