Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması işlərini davam etdirir.
Bu barədə Elchi.az-a Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Böyük Qayıdış proqramı çərçivəsində dogma yurdlarına köçürülmüş sakinlərdən artıq 8 466 şəxsin məşğulluğu təmin edilib.
Sakinlərin məşğulluğunun təminatı üçün Agentlik tərəfindən işlə təminat, özünüməşğulluq proqramına cəlb olunma, peşə hazırlığı, əmək yarmarkalarının təşkili və s. aktiv məşğulluq tədbirləri həyata keçirilir.





















