Keçmiş ABŞ-ın Avropadakı qoşunlarının komandanı Ben Hodges bildirib ki, NATO ilə Rusiya arasında münaqişə olarsa, Kalininqrad alyansın ilk hədəflərindən biri ola bilər.
Elchi.az xəbər verir ki, bu barədə “Die Welt” qəzeti yazıb.
Onun sözlərinə görə, Rusiya NATO ölkələrindən birinə hücum edərsə, alyans vəziyyətə nəzarəti tez bərpa etməlidir və bunun üçün yalnız hücum edilən regionla məhdudlaşmaq vacib deyil. Hodges qeyd edib ki, “cəhdlərin qarşısını almaq üçün Rusiyaya Kalininqradı itirəcəyini açıq şəkildə göstərmək lazımdır”.
O əlavə edib ki, mümkün münaqişə zamanı Qərb tərəfi kiberhücumlar və radioelektron mübarizə vasitələrindən istifadə edərək silahların, xüsusilə hava hücumundan müdafiə və uzaqmənzilli sistemlərin neytrallaşdırılmasına çalışacaq, daha sonra isə Kalininqraddakı əsas obyektlərə uzaqmənzilli raket zərbələri endirilə bilər.
Məryəm





















