Nigeriyanın Enugu əyalətində sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 11 nəfər ölüb, 7 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Nigeriyanın Milli Yol Təhlükəsizliyi Enugu əyalətinin direktoru Franklin Agbakoba, ştatın Enugu-Port Harcourt avtomobil yolunda sərnişin avtobusunun yük maşını ilə toqquşduğunu bildirib.
Agbakoba qəzada 11 nəfərin öldüyünü, 7 nəfərin yaralandığını bildirib.
Şayəstə





















