Fevralın 2-dən 8-dək aparılan sorğunun nəticələrinə görə, Rusiya vətəndaşlarının prezident Vladimir Putinə inamı 78,5% təşkil edir.
Elchi.az xəbər verir ki, bu barədə “VTsİOM” analitik mərkəzi məlumat yayıb.
Həmçinin qeyd olunur ki, respondentlərin 74,8%-i Rusiya liderinin fəaliyyətini bəyənir.
“Putinə etimadları barədə suala sorğuda iştirak edənlərin 78,5%-i müsbət cavab verib (0,2 faiz bəndi azalıb), prezidentin fəaliyyətini bəyənmələri isə 0,3 faiz bəndi azalaraq 74,8%-ə düşüb”, – hesabatda deyilir.
Tədqiqatda 1600 rusiyalı böyük iştirak edib.
Bundan başqa, vətəndaşların 47,5%-i Rusiya hökumətinin işini bəyənir, respondentlərin 58,2%-i isə Rusiyanın baş naziri Mixail Mişustinə etimad göstərib.
Yeganə





















