Ukraynada hakim “Xalqın Xidmətçisi” partiyasının onlarla deputatı zəhərlənib.
Elchi.az xəbər verir ki, bu barədə partiyanın bir üzvünə istinadən Ukrayna mətbuatı “Strana.ua” Telegram-kanalında məlumat yayıb.
Deputatın sözlərinə görə, “Xalqın Xidmətçisi” partiyasının bu üzvlərində temperatur 40 dərəcəyə yaxın olub. Bəzilərində ishal və qusma halları müşahidə edilib.
Deputat həmçinin bildirib ki, digər partiyalarda vəziyyətin necə olduğunu bilmir.
12 fevral tarixində Ukrayna mətbuatı xəbər verib ki, Ali Rada 24 fevrala qədər fəaliyyətini dayandırıb, gündəlik məsələlər üzrə səsverməni isə səs çoxluğu çatmadığı üçün edə bilməyib. Eyni zamanda, Ukrayna deputatı Yaroslav Jeleznyakın məlumatına görə, parlament deputatları kütləvi şəkildə parlamentin bufetində zəhərləniblər.
Rusiya Prezidentinin Milli Münasibətlər Şurasının üzvü, Moskva Dövlət Universitetinin M.V. Lomonosov adına Ukrayna və Belarusşünaslıq Mərkəzinin direktor müavini Bogdan Bezpalko bildirib ki, Radadakı deputatları bufetdə qəsdən zəhərləyə bilərlər, lakin bu vəziyyət daha çox deputatların özlərinin siyasi prosesi məqsədli şəkildə sabotaj etməsi kimi görünür.
Məryəm





















