“Budapeşt Ukrayna lideri Volodimir Zelenskinin Ukraynanın 2027-ci ilə qədər Avropa İttifaqına (Aİ) qoşulması tələbini dəstəkləməyəcək”.
Elchi.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban sosial şəbəkədəki səhifəsində yazıb.
“Ukraynanın Aİ-yə daxil olması sülh gətirməyəcək; bu, Avropada müharibəyə gətirib çıxaracaq. Bu, müzakirə olunmur: Macarıstan öz təhlükəsizliyinə təhlükəni maliyyələşdirməyəcək, silahlandırmayacaq və ya qanuniləşdirməyəcək”, – siyasətçi yazıb.
Orban qeyd edib ki, Kiyev öz təhlükəsizliyinin təminatından danışır, Ukrayna hərbi rəhbərləri isə Macarıstana qarşı sərt təhdidlər edir.
Yeganə





















