Taylandın Sonqxla əyalətinin Hat Yay şəhərində silahlı şəxslər məktəbə basqın edərək müəllim və şagirdləri girov götürüblər.
Elchi.az Taylandın “The Nation” qəzetinə istinadən xəbər verir ki, silahlı şəxslər Hat Yay şəhərində yerləşən məktəblərdən birinə hücum ediblər.
Bildirilir ki, hücumçular bir neçə müəllim və şagirdi girov götürüb, bir müəllim isə güllələnib.
Polisin açıqlamasına görə, silahlı şəxslər dərslərin bitməsinə az qalmış məktəbə daxil olub, bəzi müəllim və şagirdləri girov götürüblər. Bir çox şagirdin hələ də binada qaldığı qeyd olunub.
Təhlükəsizlik qüvvələri silahlı şəxslərlə danışıqlar aparır. Hücum edənlərin sayı və məktəb daxilindəki son vəziyyətlə bağlı hələlik dəqiq məlumat verilməyib.
Məryəm





















