“İran nüvə problemi ilə bağlı ABŞ-la danışıqların növbəti raundlarının formatını dəyişməyi planlaşdırmırdı”.
Elchi.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib.
Onun sözlərinə görə, məsləhətləşmələr dolayı yolla davam edəcək.
“Hazırda danışıqlar formatını dəyişdirmək planları yoxdur. Yəni danışıqlar indiki mərhələdə olduğu formatda davam edəcək”, – Bəqayi mətbuat konfransı zamanı vurğulayıb.
Xatırladaq ki, fevralın 6-da Omanın paytaxtında Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün İran və ABŞ arasında dolayı danışıqların yeni raundu keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edib.
Yeganə





















