Ermənistan Azərbaycanla sülhü geri dönməz hesab etməyə çox yaxındır.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
N.Paşinyan bildirib ki, Vensin Ermənistana səfəri tarixi və rəmzi əhəmiyyət daşıyır və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasının misli görünməmiş reallıqları kontekstində baş tutur.
“O, Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında formalaşmış möhkəm və strateji tərəfdaşlığın dərinliyini əks etdirir”, – Baş nazir deyib.





















