Alimlər Marsdan gələn 4,48 milyard illik “Qara Gözəl” asteroidini yeni nəsil cihazlarla skan edərək onun qayalarında çox miqdarda hidrogen və su komponentləri aşkar ediblər.
Elchi.az xəbər verir ki, bildirilib ki, Estrid Naver və Danimarka Texniki Universitetindən olan komandası “Qara Gözəl” (NWA 7034) kodlu Mars asteroidinin daxili hissəsini “X-ray KT” və “Neytron KT” adlı iki qabaqcıl texnologiyadan istifadə edərək zədələmədən görüntüləyə biliblər.
Təxminən 4,48 milyard illik bu asteroidin içərisində “H-Fe-ox” (hidrogenlə zəngin dəmir oksihidroksid) adlı kiçik qaya hissəcikləri tapılıb. Nümunənin yalnız 0,4 faizini təşkil edən bu kiçik sahələrin asteroidin ümumi su tərkibinin 11 faizini təşkil etdiyi məlum olub. Bildirilib ki, bu kəşf Marsda əvvəllər düşünüləndən daha geniş yayılmış və ehtimal ki, maye suya malik olduğunu sübut edir.
Mütəxəssislər, gələcəkdə Marsdan Yerə gətirilməsi planlaşdırılan nümunələrdə bu təmassız skan üsulundan istifadə etməyi hədəflədiklərini bildiriblər.
Şayəstə





















