"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Vətəndaşlar evlərini uçuran maqnatdan Prezidentə şikayət etdi

06 Mart 2024 - 16:31
in XƏBƏR LENTİ
#image_title

#image_title

FacebookVatsap

Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə evləri onların razılığı olmadan sökülən vətəndaşlar Prezident İlham Əliyevə müraciət edib.
Sakinlər həmin müraciətlərinin Musavat.com-da dərc olunmasını xahiş edib.

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Məktubda yazılıb:

Hörmətli Cənab Prezidentimiz!

Daxili, xarici, regional və qlobal siyasətlə intensiv məşğul olduğunuz gərgin, vaxtınızın az olduğu bir dövrdə Sizi narahat etdiyimizə görə öncə üzr istəyirik. Bizim haqlı şikayətlərimizə, müraciətlərimizə, mülklərimizin varvarcasına, cinayət yolu ilə dağıdılmasına, öz evimizdə yaşamaq hüquqlarımızın məhdudlaşdırılmasına son 2 il ərzində heç bir müvafiq dövlət orqanı, məmur reaksiya vermədiyi, problemimizi həll etmədiyi, “İnvest M. Construction” MMC adlı tikinti şirkətinin törətdiyi cinayət xarakterli əməllərinin qarşısı alınmadığı üçün Sizə müraciət etməyə vadar olduq.

“İnvest M. Construction” MMC 2 ildən çoxdur ki, paytaxtımızın Yaşıl vadi adlanan ərazisində (hansı ki, şirkət 2 ildə orada yaşıllıqdan əsər-əlamət qoymadı, yerlə yeksan etdi, 200-ə yaxın irigövdəli ağacları kəsib məhv edib) – Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə çoxsaylı ağır cinayətlər törətməklə – söküntü-tikinti, yanğın, arxitektur normalarını pozaraq, kommunikasiya sistemini məhv edərək, özbaşına söküntü işləri aparır, bunların yerində yeni binalar tikmək niyyətindədir.

3eaea3a6-8ec6-43ac-9670-e64290c5da6b.jpg (71 KB)

Bizə, rəsmi müraciətlərimizə verilən cavablardan bəlli olub ki, tikinti şirkətinin bu ərazidə vətəndaşların mülklərinin sökülməsi və tikinti aparmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən heç bir rəsmi icazələri, razılıq sənədi yoxdur. Ancaq onlar 2 ildən artıqdır ki, bu ərazidə mülkiyyətçilər üzərində hər cür işgəncələr vermək üsulu ilə (mənzilləri, işıq, qaz, su, telefon, internet və kanalizasiya, kommunikasiya xətlərini cinayətkarcasına darmadağın etməklə) varvarlıq edirlər və söküntü işləri aparırlar. Bu isə faktiki olaraq cinayət xarakterli əməllərdir.

9b04a6bc-2a46-4317-b2a1-6cb9571628b4.jpg (86 KB)

Dövlət qurumları şirkətin cinayət əməllərini “mülki iş” kimi əlaqələndirərək faktiki olaraq onlara bu cinayətləri kəskinləşdirməyə yardım edirlər.
BŞHİ-nin 18.12.2020 №274 Sərəncamı ilə bu ərazidə aparılan söküntü-tikinti işlərinə nəzarət Nəsimi Rayon İH-nın başçısı Asif Əsgərova tapşırılmışdır, o isə 2 il ərzində bu ərazidə başlarına min bir faciə törədilən mülkiyyətçilərin hüquqları ilə bağlı bir dəfə də olsun bu əraziyə gəlməmişdir.
Cənab Əsgərov vətəndaşların şikayətlərinə nəinki biganədir, başçının özü, Nəsimi rayonun hüquq-mühafizə orqanları bu ərazidə vətəndaşların üzərində aparılan cinayət poliqonuna “mülki iş” kimi yanaşaraq heç bir tədbir görmürlər.
Son 9 ayda mütəmadi olaraq qaz, işıq, su, telefon, kanalizasiya və digər kommunikasiya xətlərimiz gecələr tikinti şirkətinin qoçu və dələduzları tərəfindən darmadağın edilir. Cənab Asif Əsgərovun rəhbərliyi ilə rayon hüquq mühafizə orqanları‎ bu cinayətlərə biganədirlər və onların laqeydliyi təsdiqləyir ki, şirkətə qəyyumluq edirlər.
Dəhşətlisi odur ki, bizə qarşı şirkətin törətdiyi cinayət xarakterli əməllərə dövlət orqanları göz yumur, heç bir cəza tətbiq etmir, cinayət işlərinin açılması üçün iddia qaldırmırlar. Bizdə haqlı sual yaranır: Nə üçün hüquqi dövlətimizdə biz vətəndaşlara qarşı törədilən cinayətlərin qarşısını aidiyyəti qurumlar almır və nəticədə daha dəhşətli hallar baş verir? Bu halları qısa şəkildə diqqətə çatdırırıq:

– Bizim mənzillərimiz zorakılıq üsulları ilə dağıdılır, əmlakını qorumaq istəyən vətəndaşlar şirkətin qoçuları tərəfindən dəfələrlə döyülüb, fiziki təzyiqlərə, təhdidlərə məruz qalıb. Lakin açıq şəkildə törədilən bu ağır cinayətlərlə bağlı bütün müvafiq orqanlara – Ali Məhkəmə, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ədliyyə nazirliyi, BŞİH, Nəsimi rayon icra hakimiyyətinə müraciət etsək də, bütün səlahiyyətli orqanlar susur, məktublarımızı cavabsız qoyur, ya da formal olaraq çeynənmiş, bu “mülki işdir” deyə standart cavablar verirlər.
Nəsimi rayon Məhkəmə icraçıları cinayətlər törədən şirkət rəhbərliyi ilə əlbir olub, işbirliyinə girərək Məhkəmə qərarlarını icra etmirlər.
Nəsimi rayon İcra Şöbəsinin rəisi cənab Yavər Allahverdiyev və Nəsimi İcra və probasiya şöbəsinin icraçısı Murad Xudaverdiyevin tikinti şirkətinin cinayət xarakterli əməllər törədən dəstələri ilə bizə qarşı işbirliyinə girməsi onların əməllərində açıq-aydın görünür. Zorakı dəstələr tərəfindən insan üçün zəruri olan işıq, qaz, su, telefon, internet, kanalizasiya, kommunikasiya xətlərimizin darmadağın edilməsinə, məhkəmə qərarlarına baxmayaraq M.Mirqasımov küç 4 ünvanından olan yolumuzun açılmamasına göz yumaraq şirkətin dələduz mahiyyətli əməllərinə yardımçı olmaları bizdə ikrah hissi doğurur.

– Bizim üçün çox qaranlıq və təəccüblü məqam ondan ibarətdir ki, bizə olan təqiblərə bütün dövlət qurumları laqeyd olmaqla bizim, mülkiyyətçilərin mənzillərinin işıq, qaz, su, telefon, internet, kanalizasiya ümumilikdə kommunikasiya xətlərinə cavabdeh olan dövlət qurumları – “Azərişıq” ASC-nin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, “Azəriqaz” İstehsalat Birliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri (düzdür onlar bizim zənglərimizlə əraziyə gəlir, kommunikasiya xətlərimizi bərpa etmək üçün səylər göstərirlər) lakin, tikinti şirkətinin hər gün bir neçə dəfə törətdikləri cinayət əməllərinə qarşı heç bir cinayət iddiası qaldırmırlar.
Biz iki ilə yaxındır işıq, qaz, su, telefon, internet haqqını ödəyirik. Mütəmadi olaraq şirkət qaz, su, işıq, telefon xətlərimizi qəsdən dağıdır, bizi kommunikasiyalardan məhrum edir. Mütəmadi olaraq hər gün “Azərsu”, “Azərişıq”, “Azəriqaz”, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etmişik, lakin onlar şirkətin dövlət əmlakı olan kommunikasiya xətlərini dağıdıb cinayət xarakterli əməllər törətməsinə görə məhkəmə, hüquq-mühafizə orqanlarına müraciət edib onların cəzalandırılmasını tələb etmirlər. Hansı səbəbdən? Cinayətkar əməllərinə olan bu güzəştlər şirkəti daha da ağır cinayətlər törətməyə sövq edir.

Cənab Prezident!

Bu qanunsuzluqları törədən keçmiş deputat, bir dəstə zorakı dəstəni başına toplayan tikinti maqnatı Əsabil Qasımova məxsus olan “İnvest M. Construction” heç bir hüquq tanımır, başımıza müsibətlər gətirir və dövlət qurumları da onların cinayətlərinə göz yumur.

esabil.jpg (5 KB)
Birmənalı şəkildə bildirir ki, ərazidə bizə qarşı baş verənlər, təkidlə təkrarlayırıq, bu artıq “mülki iş” deyil, mülkiyyət və şəxsiyyət əleyhinə ağır cinayətdir.

Sizdən acizanə şəkildə xahiş edirik:

– Bizə qarşı çoxsaylı ağır cinayətlər törədən və törətməkdə davam edən şirkətin rəhbərliyinə qarşı cinayət işi başlanması, törətdikləri mülkiyyət və şəxsiyyət əleyhinə cinayətlərə görə hüquqi dövlət qarşısında cavab vermələrinin təmin olunması barədə müvafiq göstərişlər verəsiniz;

– Bugünədək bu ərazidə şirkətin törətdiyi ağır cinayətlər araşdırılmalı, müvafiq dövlət qurumları, Hüquq Mühafizə Orqanları, Respublika Baş Prokurorluğu, Ədliyyə nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində cinayət işlərinin başlaması və baş verənlərə göz yuman dövlət qurumlarının məmurlarının cəzalandırılmasını konstitusion hüquqlarımızdan istifadə edərək Sizdən xahiş edirik.

Cənab Prezident!

Yeganə xilaskarımız kimi, ümid yeri olaraq Sizi görürük. Ancaq Sizə inanırıq. Zorakı dəstənin qarşısını ancaq Siz ala bilərsiniz. Biz Sizə ümid bəsləyirik!

Öncədən minnətdarlığımızı bildiririk.

Dərin hörmətlə, ərazidə yaşayan sakinlər:

4246adcc-5cb5-477f-83b9-99fb6028a096.jpg (42 KB)

Previous Post

Vətəndaşlar evlərini uçuran maqnatdan Prezidentə şikayət etdi

Next Post

Bu məmurlar işdən çıxarılmaq sərəncamını gözləyirlər

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post
Bu məmurlar işdən çıxarılmaq sərəncamını gözləyirlər

Bu məmurlar işdən çıxarılmaq sərəncamını gözləyirlər

Bu məmurlar işdən çıxarılmaq sərəncamını gözləyirlər

Bu məmurlar işdən çıxarılmaq sərəncamını gözləyirlər

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.