"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Britaniya Fələstin dövlətini tanısa… – yeni gəlişmə

01 Fevral 2024 - 20:25
in SİYASƏT
FacebookVatsap

Hazırda dünyanın qan çanağına çevrilmiş Qəzza zolağında savaşın bitməsi, deyəsən, dünya güclərinin marağında deyil. Yaxud da İsrail və HƏMAS heç bir halda anlaşmaya gəlmək istəmirlər. Artıq həlak olanların sayı 27 min nəfərə çatır, ancaq müharibənin sonu da görünmür.

Bunu da oxuyun

ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Təhlilçilər deyir ki, 50 ildən çox tarixi olan bu konfliktin həlli yalnız müstəqil Fələstin dövlətinin yaranmasından, tanınmasından asılıdır. Deyəsən, bu yöndə ilk addımı Böyük Britaniya atmaq istəyir.

“Britaniya sülh nizamlanmasına nail olmaq üçün birgə səylərin bir hissəsini – Fələstin dövlətinin tanınmasını nəzərdən keçirəcək”.

Elchi.az xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Devid Kameron deyib.

“Fələstinlilərin iki dövlətli həllə doğru geridönməz bir irəliləyiş əldə ediləcəyini görə bilməsi üçün siyasi üfüqə sahib olması vacibdir”, – britaniyalı nazir bildirib.

Kameron BMT-də Fələstin dövlətinin tanınmasını nəzərdən keçirməklə Böyük Britaniya və müttəfiqlərinin təzyiqi artıra biləcəyini açıqlayıb.

“Biz Fələstin dövlətinin necə görünəcəyini, nədən ibarət olacağını, necə işləyəcəyini müəyyənləşdirməyə başlamalıyıq. Bununla da biz müttəfiqlərlə birlikdə Fələstin dövlətinin tanınması məsələsinə BMT-də baxacağıq”, – Devid Kemeron qeyd edib.

Böyük Britaniya Fələstin dövlətini tanıyarsa, bu, tendensiyaya çevrilə və savaşın səngiməsinə, problemin zamanla həllinə səbəb ola bilərmi?

Əhəd Məmmədli: “Fələstin dövlətinin qurulması heç də uzaqlarda deyil”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli hesab edir ki, bu tarixi hadisə baş verərsə, burada əsas rolu qardaş Türkiyə oynayacaq: “Birinci dünya savaşından sonra bu ərazilərdə mandat Britaniyanın əlində idi. Məhz o vaxtdan da Avropadakı yəhudilərin Fələstin torpaqlarına köçü başladı. Fələstinə yəhudilərin köçünün pik nöqtəsi İkinci Dünya savaşından sonraya təsadüf etdi. İngilis tacı və ona tabe olan Britaniya Nazirlər Kabineti, Amerikadan müstəqil şəkildə öz oyununu oynayır. İngilis tacının yeni planında müsəlmanlarla yaxınlaşmaq var və bunun ilk addımı da Fələstin dövlətinin tanınmasından keçir. Devid Kameronun bu haqda ifadəsi ilə buna doğru ilk addım atılıb. Bunu da unutmayaq ki, HƏMAS 20-ci əsrin ilk yarısında qurulan ümum Ərəb-İslam təşkilatı olan müsəlman-qardaşlarının bir qoludur. Müsəlman qardaşlarının digər ərəb qolu Qətər əmirliyidir. HƏMAS rəhbərliyi Qətərin paytaxtı Dohada oturur.Türkiyənin ərəb dünyasında ən yaxın müttəfiqi də heç kəsə sirr deyil ki, həmin bu Qətərdir. Qardaş ölkə Türkiyədə 22 ildir iqtidarda ideoloji baxımdan müsəlman-qardaşlarına yaxın AK Partidir. Qərb dünyasında Türkiyə ən yaxın münasibətlərə Britaniya, daha doğrusu ingilis kral sarayı ilə malikdir. Ələlxüsus da indiki ingilis tacı ilə Türkiyə lideri Ərdoğanın özəl münasibətləri var. Bütün bunları götür-qoy etsək görərik ki, Fələstin dövlətinin qurulması heç də uzaqlarda deyil. İsrailin Qəzza bölgəsində quru əməliyyatında bizim gözlədiyimiz kimi lazımi nəticələr ala bilməməsi və bunun acığını dinc əhalidən çıxması, müstəqil Fələstin dövlətinin qurulmasını zəruri edir”.

Elxan Şahinoğlu:

Elxan Şahinoğlu: “İsrailin təhlükəsizliyinin təminatı Fələstinin müstəqilliyini tanımaqdan keçir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu baş tutsa belə, İsrailin hazırkı hökumətinin məhz bu səbəbdən əməliyyatları davam etdirəcəyini proqnozlaşdırır: “İsrailin Qəzza bölgəsində apardığı əməliyyat davam edir. Bu əməliyyat davam etdikcə də mülki insanlardan həlak olanların sayı durmadan artır. Düzdür, HƏMAS-ın da itkiləri az deyil. Amma kənar müşahidəçilərin mövqeyi belədir ki, HƏMAS-ı tam məhv etmək mümkün olmayacaq. Əgər bu da baş tutmayacaqsa, İsrail ordusu Qəzzanı tam təmizləsə belə, problem qalmaqda davam edəcək. Bir müddət keçəcək, HƏMAS yenidən fəallaşacaq. Ona görə də bu problemin köklü şəkildə həll olunmasını çoxları qeyd edir, yəni İsrailin Fələstinin müstəqilliyini tanımasını. 1947-ci il qətnaməsi də məhz bunu diktə edir. Yəni iki dövlət olmalı idi. Bundan sonra ərəb dövlətləri İsrailə hücum etdilər. İsrail də Fələstini işğal etdi. Özünə belə haqq qazandırdı ki, onun təhlükəsizlik problemi var. Amma artıq bəllidir ki, İsrailin təhlükəsizliyinin təminatı Fələstinin müstəqilliyini tanımaqdan keçir. Bir şərtlə ki, gələcəkdə oradakı qruplar İsrailə təhlükə yaratmasınlar. Çünki bəzi qruplar İsraili tanımaq istəmir, o cümlədən həmin qrupları silahlandıran İran da. İsrail də bunu əlində rəhbər tutaraq deyir ki, Fələstinin müstəqilliyini tanıya bilmərəm. Amma artıq Böyük Britaniya da Fələstinin müstəqilliyini tanımağa hazırlaşırsa, bu, İsrail üçün ciddi siqnaldır. Çünki biri var, Çin, Türkiyə, Rusiya Fələstinin müstəqilliyini tanısın, biri də var ki, İsrailə yaxın olan, Amerikanın da strateji müttəfiqi sayılan Böyük Britaniya bu müstəqilliyi tanısın. Bu demək olacaq ki, Britaniyadan sonra ard-arda digər Avropa ölkələri də Fələstinin müstəqilliyini tanıyacaq. Ona görə də, nə qədər gec deyil, İsrail özü üçün çıxış yolu olan Fələstinin müstəqilliyini tanımalıdır. Reallığa qaldıqda, Netanyahu hökumətinin Fələstinin müstəqilliyini tanıması mümkünsüz görünür. Çünki mühafizəkar bir hökumət sayılır. Gərək İsraildə hakimiyyət dəyişsin ki, ondan sonra Fələstinin müstəqilliyinin tanınması istiqamətində ciddi addımlar atılsın. İndiki şəraitdə bu real görünmür. Hətta Britaniya hökuməti belə Fələstinin müstəqilliyini tanısa İsrailin hazırkı hökuməti əməliyyatları davam etdirəcək”.

Niyaməddin Orduxanlı: “Azərbaycanın bu münaqişədə tutduğu mövqe tam ədalətlidir”

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı isə Azərbaycanın bu münaqişədə ən ədalətli mövqe sərgilədiyini qeyd etdi: “Çox təəssüf ki, böyük güclərin qurbanına çevrilmiş İsrail-Fələstin müharibəsi davam edir. On minlərlə günahsız insan, o cümlədən minlərlə körpə, uşaq həyatını itirib. Hər gün də ölənlərin sayı artmaqdadır. Bu münaqişə beynəlxalq hüququn verdiyi imkanlar səviyyəsində öz həllini tapmalıdır. Ancaq biz görürük ki, BMT artıq marionet bir quruma çevrilib. Təsir etmək imkanları yoxdur. Bir sıra dövlətlərin əlində bir alət vasitəsidir. Xüsusən də, ABŞ çubuğu ilə hərəkət edir. Böyük Britaniyanın təşəbbüsü alqışa layiqdir və bu sülhə xidmət edən addım kimi qiymətləndirilməlidir. Müharibə dayandırılmalıdır. Müzakirələr masa üzərində aparılmalıdır. Xarici işlər naziri Devid Kameron fələstinlilərin dövlət kimi tanınmasının BMT-də baxılmasını təsadüfən gündəmə gətirmir. Həm də bunun baş verəcəyi təqdirdə bir tendesiyaya çevriləcəyinə toxunub. Açıq formada müharibənin bitməsinin və bütövlükdə münaqişənin həll olunmasının yollarını göstərir. Biz unutmamalıyıq ki, bütün müharibələr sonda sülhlə yekunlaşır. Sülh sazişi imzalanır. Məğlub olan tərəf də sülh sazişinə imza atır. Hər kəs başa düşməlidir ki, 50 ildə davam edən bu münaqişə sülhlə yekunlaşmasa, daha onilliklərlə davam edə bilər və minlərlə insan həyatını itirə bilər. Azərbaycanın bu münaqişədə tutduğu mövqe tam ədalətlidir. Hər iki dövlətin tanınmasını və müharibənin bitməsini, sülh şəraitində yaşanmasını arzu edir. Bu bizim doğru yanaşmamızdır. Unutmamalıyıq ki, İsrail dövləti Azərbaycana ən yaxın dövlətlərdən biri sayılır…”.(apa.az)

Previous Post

Britaniya Fələstin dövlətini tanısa… – yeni gəlişmə

Next Post

Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

Bənzər yazılar

ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

07 Noyabr 2026 - 14:33

Noyabrın 7-də Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Ali Məclisinin növbəti iclası keçirilib. ƏHD Partiyası mətbuat xidmətindən Xalqcəbhəsi.az-a verilən məlumata görə,...

Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

07 Noyabr 2026 - 14:09

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki,...

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

07 Noyabr 2026 - 12:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. Elchi.az xəbər verir ki, gənclər...

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

07 Noyabr 2026 - 11:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib. Elchi.az...

Next Post
Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

XİN rəhbəri Saymon Stil ilə görüşdü

XİN rəhbəri Saymon Stil ilə görüşdü

Son xəbərlər

Şəkidə ağır qəza: ölən var

Şəkidə ağır qəza: ölən var

07 Noyabr 2026 - 16:58
Qətərin Baş naziri ABŞ və İrana çağırış etdi: Mükəmməl sülh razılaşmasını gözləmək olmaz

Qətərin Baş naziri ABŞ və İrana çağırış etdi: Mükəmməl sülh razılaşmasını gözləmək olmaz

07 Noyabr 2026 - 16:44
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

07 Noyabr 2026 - 16:30
“Qalatasaray”ın hücumçusu əməliyyat olunub

“Qalatasaray”ın hücumçusu əməliyyat olunub

07 Noyabr 2026 - 16:06
Hörmüz boğazında yanğın baş verən gəmi minaya düşüb

Hörmüz boğazında yanğın baş verən gəmi minaya düşüb

07 Noyabr 2026 - 15:13
Silahlılar Konqoda kəndə basqın etdi: Ölənlər var

Silahlılar Konqoda kəndə basqın etdi: Ölənlər var

07 Noyabr 2026 - 14:55
ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

07 Noyabr 2026 - 14:33
Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb

07 Noyabr 2026 - 14:30
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

07 Noyabr 2026 - 14:09
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

07 Noyabr 2026 - 13:35
Zəfər gününün hava proqnozu açıqlanıb

Zəfər gününün hava proqnozu açıqlanıb

07 Noyabr 2026 - 13:08
Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

07 Noyabr 2026 - 13:00
Yol polisi velosipedçilərə müraciət edib

Yol polisi velosipedçilərə müraciət edib

07 Noyabr 2026 - 12:50
DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

07 Noyabr 2026 - 12:21
Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

07 Noyabr 2026 - 12:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.