"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycan və Latviya prezidentləri arasında məktub mübadiləsi olub

11 Yanvar 2024 - 21:46
in SİYASƏT
FacebookVatsap

Azərbaycan Prezidenti İlham Əliyevlə Latviya Prezidenti Edqars Rinkeviçs arasında məktub mübadiləsi olub.

Bunu da oxuyun

Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

İlham Əliyev Qırğızıstanda səfərdədir

Prezident İlham Əliyev Mərakeş Kralını təbrik edib

Elchi.az xəbər verir ki, Azərbaycan liderinin məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Əlamətdar tarix – Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi və dost xalqınızı
səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Latviya arasında təşəkkül tapmış dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. Ötən dövr ərzində ikitərəfli əlaqələrimiz möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, bir çox sahələrdə əməkdaşlığımız dinamik inkişaf etmiş, xalqlarımız arasında tarixən mövcud olmuş təmaslar intensivləşmişdir.

Biz Latviyanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə daim verdiyi dəstəyinə görə minnətdarıq.

Bu gün ölkələrimiz arasında əməkdaşlığın inkişafı və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq Azərbaycan-Latviya dostluq və tərəfdaşlıq münasibətlərinin həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində inkişafı və genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Tezliklə görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Latviya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycanın dövlət başçısı İlham Əliyevə ünvanladığı məktubda bildirib:

“Zati-aliləri,

Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza sülh və firavanlıq arzulayıram.

Latviya-Azərbaycan dostluq münasibətləri 100 ildən artıq tarixə malikdir, Azərbaycanda çoxsaylı latviyalı yaşamışdır. Biznes sahəsində tərəfdaşlıq sayəsində ölkələrimiz arasında daha sıx əlaqələr qurulmuş, həmçinin gözəl Bakıdan ilhamlanaraq ədəbi, musiqi və incəsənət şedevrləri yaradılmışdır.

Qarşılıqlı maraq doğuran sahələrdə dialoqumuz və strateji tərəfdaşlığımız dərinləşir. Əminəm ki, birgə səylərimiz Latviya ilə Azərbaycan arasında dinamik mübadiləni daha da inkişaf etdirəcəkdir.

Fürsətdən istifadə edərək, Latviyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha ifadə edirəm. Müstəqillik və ərazi bütövlüyü beynəlxalq nizama əsaslanan qaydaların təməl daşlarıdır və ölkələr arasında dinc yanaşı yaşamanın, dialoqun qorunub saxlanılması çox vacibdir. Dinc, sabit və firavan Cənubi Qafqaz bizim ortaq marağımızdır.

İcazə verin, ölkələrimiz arasında əlaqələri daha da dərinləşdirmək əzmində olduğumu ifadə edim. Bu baxımdan mən Sizin 2024-cü ildə Latviyaya səfər etməyinizi səbirsizliklə gözləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Previous Post

Azərbaycan və Latviya prezidentləri arasında məktub mübadiləsi olub

Next Post

Finlandiya hərbçiləri Laplandiyada Rusiya ilə sərhəddə maneələr qurmağa başladılar

Bənzər yazılar

Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

30 İyul 2026 - 16:39

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 30-da Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze ilə görüşüb. Elchi.az xəbər verir ki, bu...

İlham Əliyev Qırğızıstanda səfərdədir

İlham Əliyev Qırğızıstanda səfərdədir

30 İyul 2026 - 16:35

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib. Elchi.az xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava...

Prezident İlham Əliyev Mərakeş Kralını təbrik edib

Prezident İlham Əliyev Mərakeş Kralını təbrik edib

30 İyul 2026 - 11:05

Prezident İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrik məktubunda deyilir: "Əlahəzrət, Əziz Qardaşım,...

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

29 İyul 2026 - 18:14

İyulun 29-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə...

Next Post
Finlandiya hərbçiləri Laplandiyada Rusiya ilə sərhəddə maneələr qurmağa başladılar

Finlandiya hərbçiləri Laplandiyada Rusiya ilə sərhəddə maneələr qurmağa başladılar

Finlandiya hərbçiləri Laplandiyada Rusiya ilə sərhəddə maneələr qurmağa başladılar

Finlandiya hərbçiləri Laplandiyada Rusiya ilə sərhəddə maneələr qurmağa başladılar

Son xəbərlər

Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

30 İyul 2026 - 16:39
İlham Əliyev Qırğızıstanda səfərdədir

İlham Əliyev Qırğızıstanda səfərdədir

30 İyul 2026 - 16:35
Dövlət qurumlarının xarici borcları açıqlandı

Dövlət qurumlarının xarici borcları açıqlandı

30 İyul 2026 - 16:23
İranın “Tramp marşrutu” ilə bağlı iddiasına Paşinyandan cavab

İranın “Tramp marşrutu” ilə bağlı iddiasına Paşinyandan cavab

30 İyul 2026 - 16:11
Ukrayna Avropa Komissiyasından milyardlarla avro dəyərində tranş alıb

Ukrayna Avropa Komissiyasından milyardlarla avro dəyərində tranş alıb

30 İyul 2026 - 16:00
Azərbaycanlılar sərhəddə buna məcbur edilir

Azərbaycanlılar sərhəddə buna məcbur edilir

30 İyul 2026 - 15:46
Dənizdə batan yeniyetmənin meyiti tapıldı

Dənizdə batan yeniyetmənin meyiti tapıldı

30 İyul 2026 - 15:30
Abşeron və Qaradağda 57 kq narkotik dövriyyədən çıxarılıb – VİDEO

Abşeron və Qaradağda 57 kq narkotik dövriyyədən çıxarılıb – VİDEO

30 İyul 2026 - 15:16
Paşinyan: “Ermənistan iki sahədə Rusiyaya alternativlər axtarır”

Paşinyan: “Ermənistan iki sahədə Rusiyaya alternativlər axtarır”

30 İyul 2026 - 15:00
Yaşı 60-dan çox olanların nəzərinə

Yaşı 60-dan çox olanların nəzərinə

30 İyul 2026 - 14:45
Avqustda orta aylıq temperatur bəzi yerlərdə normadan yuxarı olacaq

Avqustda orta aylıq temperatur bəzi yerlərdə normadan yuxarı olacaq

30 İyul 2026 - 14:30
FHN Xəzərdə ən təhlükəli əraziləri açıqladı

FHN Xəzərdə ən təhlükəli əraziləri açıqladı

30 İyul 2026 - 14:14
“BMT-nin potensialı həddindən artıq aşağı düşüb” – Baklanov

“BMT-nin potensialı həddindən artıq aşağı düşüb” – Baklanov

30 İyul 2026 - 14:00
Çimərliyə gedənlərin nəzərinə!

Çimərliyə gedənlərin nəzərinə!

30 İyul 2026 - 13:45
Qumar oyunları ilə bağlı cəzalar sərtləşdirildi

Qumar oyunları ilə bağlı cəzalar sərtləşdirildi

30 İyul 2026 - 13:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.