"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

“Hakimiyyəti hədəflərimizə çatmağımız üçün vasitə hesab edirik”

08 Yanvar 2024 - 20:41
in Cebhe-banner, MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Hədəfimiz ədalətli cəmiyyətdir, hüquq dövlətidir, demokratiyadır”

Bunu da oxuyun

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

Tramp İranı ağır zərbələrlə hədələdi: “Onlar yaxşıca əziləcəklər”

Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibə verib.

Həmin müsahibəni oxuculara təqdim edirik:

– Qüdrət bəy, İlham Əliyevlə birlikdə bütün seçkilərə qatılmısınız, amma uğur qazanmamısınız. Bu seçkilərdən gözləntiləriniz nədir?

– Bəli, şəxsən və BAXCP olaraq əvvəlki seçkiləri uduzmuşuq, amma siyasi partiya olaraq ölkənin ictimai-siyasi həyatında yerimizi qoruyub saxlamışıq. Digər sağlam siyasi qüvvələrlə birlikdə şərbaz, tərbiyəsiz, qisas almaq üçün hakimiyyətə can atan mənsəbpərəst, ikiüzlü, hazırlıqsız, xarici ermənipərəst dairələrin əlində alət olan şəxslərin hakimiyyətə gəlişinin qarşısını almışıq, bu işə töhfə vermişik. Təsəllimiz budur. Bunun özü belə siyasi baxımdan çox da hazırlıqlı olmayan cəmiyyətdə böyük uğurdur. Əvvəlki seçkilərin nəticələrini təhlil etsəniz görərsiniz ki, insanlar əsasən ya iqtidarın namizədinə, ya da onu ağır ittiham edənlərə səs verir. Kim hansı platforma ilə çıxış edir, hansı müddətə nələri edəcək, vəziyyəti yaxşıya doğru necə dəyişəcək kimi məsələlərə əhəmiyyət verən çox azdır. Məsələn, deputat olarkən hökumət üzvlərinin sifarişi ilə yazdığı kitablarda İlham Əliyevi öyüb göylərə qaldıran, deputat mandatına görə Əli Kərimlinin müavinliyindən və üzvü olduğu partiyadan imtina edən, AXC hakimiyyətə gələndən sonra AMİP-dən imtina edib yenidən geriyə, vaxtilə AMİP-in xeyrinə imtina etdiyi AXC-yə qayıtmış Cəmil Həsənli yenidən deputat seçilməyəndən sonra, iqtidarın ona “atdığını” düşünərək qisas hissi ilə Əli Kərimlinin yanına qayıdır və onun namizədi kimi prezident seçkilərinə qatılır, heç bir ağıllı təklifi ilə özünə diqqət cəlb edə bilməsə də, məhz iqtidarın namizədini ağır ittiham,bəzən təhqir etdiyinə görə ikinci nəticə göstərir. Növbəti kitablarında bu barədə də yazsa yaxşı olar. Budur bizim acı reallıq. Bu reallıq insanlrımızın bir-birinə acıqlı, mövqe fərqliliyinə görə digərini əzməyə, alçaltmağa meylli olmasından, uduzmağa hazır olmamalarından qaynaqlanır. Amma böyük qələbələr üçün maksimalist olmamalı, uduzmağı, məğlubiyyətlə, reallıqlarla barışmağı öyrənməlisən. Əsl demokrat olmağın, hədəflər uğrunda mübarizə aparmağın yolu budur. Biz, hakimiyyəti hədəflərimizə çatmağımız üçün vasitə hesab edirik. Hədəfimiz ədalətli cəmiyyətdir, hüquq dövlətidir, demokratiyadır. Bu dəyərlər cəmilkimilər üçün hakimiyyətə çatmaq vasitəsidir, hədəf isə hakimiyyətdir. Biz dəyərlərimizi təbliğ edirik, təkamül yolu ilə inkişafın tərəfdarıyıq. Fərqindəyik ki, xalqı demokratik dəyişikliklərə hazırlamadan ölkədə zorakı yolla hakimiyyət dəyişikliyi demokratik cəmiyyət, hüquqi dövlət quruculuğuna yalnız ziyan vura bilər. Misir, Əfqanıstan, İraq buna bariz nümunədir. Xalqımız hədəflərimizə çatmaq üçün böyük bir inkişaf yolu keçməlidir. Elan etdiyimiz hədəflərə doğru yürüyərkən seçki uğursuzluqları bizi ruhdan salmamalıdır və salmayıb. Elçibəy demişkən “bəzi məsələlərin həllinin zamana ehtiyacı var”. Zamanla bizim müdafiə etdiyimiz dəyərləri, “böyük dəyişikliklər” adlı seçki platformamızın prinsip və istiqamətlərini daha çox insan dəstəkləyəcək.

“Kimin seçilməsindən asılı olmayaraq, ölkəmizdə islahatlar qaçılmazdır”

– Sizin “böyük dəyişikliklər” adlandırdığınız seçki platformanız cəmiyyətdən dəstək ala biləcəkmi?

– Mən bunu arzulayıram və bunun üçün çalışırıq. Bir də ki, kimin seçilməsindən asılı olmayaraq, ölkəmizdə islahatlar qaçılmazdır. Əks halda ciddi problemlərlə üz-üzə qalacağıq. Devalvasiya və infilyasiyadan yayınmaq mümükün olmayacaq. Ölkəmizdə sosial və ardınca siyasi gərginlik yaşanacaq. Sanki bizim alnımıza enerji satmaqla yaşamaq yazılıb. Əvvəl neft-qaz satırdıq, indi yaşıl enerji satmağı, yollar çəkib yük daşımaqla pul qazanmağı düşünürük. Bunları təqdir edirik, amma bunlar yetərli deyil, ölkədə müasir texnologiya əsasında yüngül və ağır sənaye, maşınqayırma, kimya və emal sənayesi, kənd təsərrüfatı inkişaf etdirilməli, əlverişli biznes mühiti yaradılmalı, investisiya cəlb olunmalı, iqtisadi azadlıqlar, mülkiyyət toxunulmazlığı olmalıdır. İndi əsas məsələ bu islahatları kimin, hansı uğurla və hansı müddətə həyata keçirməsidir. Biz xalqı bizim platformanı müdafiə etməyə çağıracağıq. İnanırıq və xalqı inandırmağa çalışacağıq ki, biz islahatları daha yaxşı, böyük sarsıntılarsız və qısa müddətə həyat keçirə bilərik.

“Seçiciləri düşünmək lazımdır”

– Namizədləri kütləvi tədbirlərdən təhlükəsizlik səbəbilə imtinaya çağırdınız. Mitinqlərsiz seçki kampaniyasını nücə təsəvvür edirsiniz?

– Əvvəla, qışdır, hava soyuqdur. Seçiciləri düşünmək lazımdır. İkincisi, erməni faşizmi üzərində qələbədən sonra ilk seçkidir və çox güclərin maraqlarına toxunmuşuq. İrandakı terror aktından sonra ehtiyatlı olmalıyıq. Təhlükəsizlik qüvvələrimizə nə qədər güvənsək də… Çünki belə hadisələrdən 100% sığortalanmaq mümkün deyil. Fazil Mustafaya qarşı törədilən terror aktı buna sübutdur. Daha çox iqtidar partiyası ehtiyatlı olmalıdır və açıq havada kütləvi tədbirlərdən çəkinməlidir. Çünki iqtidar partiyası kimi onlar daha kütləvi tədbirlər keçirə bilərlər. Üçüncüsü isə, indi informasiya texnologiyaları əsridir, hərənin əlində bir telefon və informasiyaya çıxış imkanı var. Qapalı yerlərdə kim nə qədər istəyir görüş keçirsin. Həm də mənim dediyim qanun deyil ki? Kim açıq havada görüş, mitinq, yürüş keçirmək istəyir buyursun.

– İlham Əliyevin 5-ci dəfə prezident olmaq iddiası birmənalı qarşılanmır. Sizin bu məsələyə münasibətiniz necədir?

– İlham Əliyev hakimiyyətdə olmasının 20-ci ilində Qarabağ üzərində dövlət suverenliyini bərpa etdi, torpaqlarımızın işğalına son qoydu. Bu həm onun, həm xalqımızın böyük uğurudur və buna görə o alqışlanmalıdır. Müzakirə mövzusu kimin, hansı partiyanın neçə il hakimiyyətdə olması yox, ölkəsi üçün nə etməsi olmalıdır. Li Kuan Yu 31 il Sinqapura rəhbərlik etdi, Sinqapuru 3-cü dünya ölkəsindən dünyanın ən qabaqcıl ölkəsinə çevirdi.Yaxud Yaponiyada liberal- demokratlar 1955-ci ildən 1993-cü ilə qədər 38 il fasiləsiz hakimiyytədə oldular ölkələrini dünyanın ən nüfuzlu, texnoloji baxımdan ən inkişaf etmiş ölkəsi etdilər. Avropada da 16-17 il hakimiyyətdə olan liderlər olub ki, xalqları üçün misilsiz işlər görüblər. İnsanlar daha çox ona diqqət yetirməlidirlər ki, İlham Əliyevin yeni seçki platformasının hədəfləri nədir və ona necə nail olmağı təklif edir? Yığılıb qalmış, gələcəkdə dövlətimizin təhlükəsizliyi üçün təhdidə çevriləcək problemləri necə və hansı müddətə həll edəcək? Seçici üçün keçmişin uğur və uğursuzluqları seçki qutusu başında qərar qəbul edilərkən həlledici arqument olmamalıdır.

“Seçkilərdən dərhal sonra milli birlik hökuməti formalaşdıracağıq”

– Xalqımız sizə etimad göstərərsə, elan etdiyiniz hədəflərə çatmaq üçün BAXCP-nin yetərincə kadr potensialı varmı?

– Uzun illərdir siyasətdəyəm. İslahatlar üçün ilk növbədə siyasi iradə lazımdır. Bacarıqlı siyasətçiləri, yaxşı mütəxəssisləri hansı partiyada olmasından, yaxud bitərfliyindən asılı olmayaraq tanıyıram. Biz seçkilərdən dərhal sonra milli birlik hökuməti formalaşdıracağıq ki, Konstitusiya islahatları aparsın, hökuməti formalaşdıracaq yeni parlamentə seçkilər keçirsin. Hər bir partiya ilə danışıqlar aparılacaq, həmin şəxslər milli birlik hökuməti formalaşdırmağa dəvət alacaq, qəbul edəcəklərsə, o zaman hökumətin üzvü olacaqlar. Partiyamızda da indiki hökumət üzvlərinin çoxundan dəfələrlə hazırlıqlı, islahatlar həyata keçirmək gücündə olan üzvlərimiz var.

“Azərbaycanda rəngli inqilablar mümkün deyil”

– Qərbin Azərbaycandakı demokratik proseslərə dəstək verməməsi barədə səsləndirilən ittihamlara münasibətiniz necədir?

– Qərbdəki ermənipərəst dairələr istisna olmaqla digərləri görür və başa düşür ki, biz müsəlman ölkəsiyik, demokratik vərdişlər çox inkişaf etməyib. Eyni xalqın nümayəndələrinin bir-birinə aqressiv münasibətini, qeyri-səmimi davranışını, bir-birinin hüquqlarını müdafiə etməməsini, digərinin hüquqlarını pozmasını, mənəvi terrora məruz qoymasını görürlər, bunların nədən qaynaqlandığını da anlayırlar. Başa düşürlər ki, inkişaf etmiş Qərbin ali siyasi, hüquqi dəyərlərini tam mənimsəmək üçün bizə sabitlik və zaman lazımdır. Onu da anlayırlar ki, Azərbaycanda rəngli inqilablar mümkün deyil.

Xalqlardan biri digərindən inkişaf səviyyəsinə görə əsrlərlə geri qalır. Bu gün Braziliya cəngəlliklərində çılpaq gəzən, amma bizə bənzəyən, ov etməklə yaşayan daş dövrünün insanları yaşayır. Biz cəmi 100 il bundan öncə Avropa siyasi dəyərlərinin nə olduğunu öyrənməyə başladıq, Rusiyada baş vermiş inqilabdan istifadə edib müstəqil, demokratik dövlət qurduğumuzu elan etdik və bu proses vur-tut 2 il davam etdi. Tarixi şəraiti düzgün qiymətləndirməyən, xalqımızın inkişaf səviyyəsini nəzərə ala bilməyən, demokratiya oyunlarına aludə olan vətənpərvər və xəyalpərəst gənclər ciddi müqavimətsiz hakimiyyəti bolşeviklərə təhvil verdi, müstəqilliyimizi itirdik, sovet hökuməti rus imperiyasını bərpa etdi, demokratiya adına nə varsa hamısının üstündən qara bir xətt çəkdi. 33 il öncə, 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etdikdən sonra bu proses yenidən başlayıb. Bugünkü inkişaf etmiş Qərb demokratiyasının belə 50-60 illik bir tarixi var. Ona görə Qərblinin tikdiyi paltarı geyinib, onların istehsal etdiyi avtomobilə minib, “Avropalıyıq” deyib, özümüzü aldatmamalıyıq. Nə olsun ki,eyni coğrafiyada yaşayır, xarici görkəmimizə görə onlara oxşayırıq. Biz fərqli, şərq mentalitetinə sahibik. Bunu dəyişmək üçün isə bir daha söyləyirəm,uzun zaman lazımdır.

Previous Post

“Hakimiyyəti hədəflərimizə çatmağımız üçün vasitə hesab edirik”

Next Post

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 180 nəfərə çatıb

Bənzər yazılar

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

29 İyul 2026 - 21:48

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb. Elchi.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika...

Tramp İranı ağır zərbələrlə hədələdi: “Onlar yaxşıca əziləcəklər”

Tramp İranı ağır zərbələrlə hədələdi: “Onlar yaxşıca əziləcəklər”

29 İyul 2026 - 16:59

Amerika Birləşmiş Ştatları İordaniyadakı amerikalı hərbçilərin atəşə tutulmasına cavab olaraq İrana güclü zərbələr endirmək niyyətindədir. Elchi.az xəbər verir ki, bu...

Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

29 İyul 2026 - 16:00

Rusiya tarixi irsi, iqtisadi potensialı və öz tarixinə olan hörməti sayəsində misli görünməmiş sanksiya təzyiqinə uğurla sinə gərir. Elchi.az xəbər...

Süni intellekt mütəxəssisləri: İnkişaf tempini yavaşladın

Süni intellekt mütəxəssisləri: İnkişaf tempini yavaşladın

29 İyul 2026 - 11:38

Aparıcı Süni İntellekt və texnologiya şirkətlərinin 1000-dən çox yüksək vəzifəli işçisi və tədqiqatçısı ABŞ hökumətini təhlükəsizlik və nəzarət mexanizmlərinin inkişaf...

Next Post
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 180 nəfərə çatıb

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 180 nəfərə çatıb

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 180 nəfərə çatıb

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 180 nəfərə çatıb

Son xəbərlər

Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

29 İyul 2026 - 21:57
Magistratura imtahanının nəticələri elan olunub

Magistratura imtahanının nəticələri elan olunub

29 İyul 2026 - 21:53
İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

29 İyul 2026 - 21:48
Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb

Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb

29 İyul 2026 - 21:47
Banqkokda yanğın qurbanlarının sayı 37-yə çatıb

Banqkokda yanğın qurbanlarının sayı 37-yə çatıb

29 İyul 2026 - 21:45
Avstriyada uşaqlara sosial şəbəkələr qadağan edilir

Avstriyada uşaqlara sosial şəbəkələr qadağan edilir

29 İyul 2026 - 19:30
“Qarabağ”ın sabiq qapıçısı Türkiyə klubunda

“Qarabağ”ın sabiq qapıçısı Türkiyə klubunda

29 İyul 2026 - 19:26
Hərraclarda iştirak etmək istəyənlərin diqqətinə!

Hərraclarda iştirak etmək istəyənlərin diqqətinə!

29 İyul 2026 - 19:16
Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

29 İyul 2026 - 19:09
Azərbaycan güləş üzrə U-17 dünya çempionatında növbəti medalını qazanıb

Azərbaycan güləş üzrə U-17 dünya çempionatında növbəti medalını qazanıb

29 İyul 2026 - 18:57
Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazandı

Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazandı

29 İyul 2026 - 18:50
Boş qalan magistr yerlərinə əlavə qəbul keçiriləcək

Boş qalan magistr yerlərinə əlavə qəbul keçiriləcək

29 İyul 2026 - 18:41
Qəzzada 60 mindən çox uşaq yetim qalıb

Qəzzada 60 mindən çox uşaq yetim qalıb

29 İyul 2026 - 18:36
DİM magistraturaya qəbulun nəticələrini elan etdi

DİM magistraturaya qəbulun nəticələrini elan etdi

29 İyul 2026 - 18:26
Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

29 İyul 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.