İraqın şimalında terror hücumu nəticəsində 6 türk əsgəri şəhid olub.
Elchi.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında terror təşkilatının həyata keçirdiyi hücumda yaralanan 4 əsgərdən 3-nün də tibbi müdaxilələrə baxmayaraq şəhid olduğunu açıqlayıb.
Qeyd olunub ki, zərərsizləşdirilən terrorçuların sayı 7-yə çatıb.
Nazirlik dekabrın 22-də İraqın şimalında terror təşkilatının hücumu nəticəsində 3 əsgərin şəhid olduğunu, 4 əsgərin isə yaralandığını, 4 terrorçunun zərərsizləşdiridiyini açıqlamışdı.
***
22 dekabr, 23.22
22 dekabr 2023-cü il tarixində İraqın şimalında PKK terrorçularının hücumu nəticəsində 3 türk əsgəri şəhid olub, 4-ü yaralanıb.
Elchi.az-ın verdiyi xəbərə görə, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Əlavə olunub ki, hücumdan sonra keçirilən antiterror tədbirləri nəticəsində 4 terrorçu zərərsizləşdirilib.
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq
Tatarıstanda ilkin səhiyyə sahəsində çalışan həkimlər üçün süni intellekt (Sİ) əsaslı köməkçinin yaradılması planlaşdırılır. Elchi.az xəbər verir ki, bu barədə...





















Son şərhlər