Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib ki, Türkiyə ABŞ-la F-16 Block 70 döyüş təyyarələrinin alınması ilə bağlı danışıqları başa çatdırıb. Elchi.az xəbər verir ki, “CNN Türk”-ün məlumatına görə, iki ölkə arasındakı dialoqdan sonra müsbət qərar gözlənilir.
Bildirilir ki, Ankara ABŞ-dan təkcə 40 döyüş təyyarəsi almağı deyil, həm də Qərb tərəfdaşının köməyi ilə mövcud təyyarələrin modernləşdirilməsini gözləyir. Danışıqlardan sonra Gülər prosesin ən qısa zamanda başlayacağına ümid etdiyini bildirib.
Nazirin sözlərinə görə, satınalmalar kontekstində müttəfiqlərin bir-birinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməməsi vacibdir.
Havar Şəfiyeva





















Son şərhlər