"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

“Bir tərəfdən tərifləyib, digər tərəfdən hüquqlardan məhrum edirik”

30 Noyabr 2023 - 15:46
in Cebhe-banner, MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Hökumətin sosial siyasətinin müəyyənləşdirilməsində və həyata keçirilməsində ağır həyatın, aztəminatlı olmanın nə olduğunu bilən adamlar daha çox iştirak etməli, onların dairəsi millətimizə acıya bilən şəxslərlə, milli kadrlarla genişləndirilməlidir”

Elchi.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edir:

Bunu da oxuyun

Pezeşkiyan: “ABŞ ilə qarşıdurmada qalib gələcəyimizə əminəm”

Trampın populyarlığı çökür: dəstək 33 faizə endi

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

– Qüdrət bəy, hərbçilərin 20 il xidmətdən sonra dövlət tərəfindən mənzillə təmin olunmasına dair hüquqlarının ləğv olunmasına və həmin müddətin 25 ilə qədər uzadılması barədə qanunvericiliyə təklif olunan dəyişikliklərə münasibətiniz necədir?

– Münasibətim çox pisdir. Bir tərəfdən deyirik ki, hərbçilərimiz qürur mənbəyimizdir, başımızı uca etdilər, onların əmək haqları artırılmalıdır, digər tərəfdən onların sosial hüquqlarını məhdudlaşdırırıq. Hərbçilər mənzil almaq hüquqları saxlanılmaqla 20 il xidmətdən sonra pensiyaya çıxa bilməlidirlər. Çünki onların həyatı çox ağırdır. Həm də insan yaşlaşdıqca onun reaksiyası zəifləyir və fiziki imkanları tükənir. Peşəkar idmanda 35 yaşdan yuxarı az sayda idmançı görmək olar. Bizimki bir kürd məsəlinə oxşadı: “Canavarla birlikdə parçalayırıq, çobanla birlikdə yeyirik, sahibi ilə birlikdə ağlayırıq”. Bir tərəfdən tərifləyib, digər tərəfdən hüquqlardan məhrum edirik.

– Bu dəyişiklik hansı ehtiyacdan qaynaqlanır?

– Bu, layihəni müdafiə edənlərin dediyi kimi hərbçiləri çox istəməkdən, onların təcrübəsindən daha çox istifadə etmək ehtiyacından qaynaqlanmır. Hərbçi yaşlaşdıqca onun döyüş meydanında çevikliyi azalır. Mən səmimi olaraq bu dəyişiklikləri dəstəkləyən bir hərbçi belə görmədim. Əsas səbəb Qarabağın bərpası üçün dövlətin artan xərcləri, həmçinin neft satışından gələn pulların azalmasıdır. Çıxış yolları tapmaq üçün başqa yollar axtarılmalıdır. Prezident daha çox xarici siyasətə, təhlükəsizlik məsələlərinə, energetika sahəsinə, ölkəni nəqliyyat qovşağına çevirəcək iri layihələrin gerçəkləşməsinə diqqət yetirir. Bunu təqdir etsək də Prezidentin kiçik və orta sahibkarlarla görüşünə, onların problemlərini, biznes mühitinin yaxşılaşdırılması üçün onların təkliflərini şəxsən dinləməsinə çox böyük ehtiyac var. Bununla yanaşı iqtisadi və məhkəmə islahatları genişləndirilməlidir, inflyasiya 5%-in altında olacaqsa, o zaman 2000 manatdan çox maaş alan şəxslərin maaşlarının artırılmasına 3 illik morotorium qoyula, özəl sektorun inkişafı qarşılığında büdcədən maaş alanların sayının 30-35% azaldılmasına nail olmaq olar. Bununla yanaşı, nə qədər qeyri-populyar olsa da, 3000 manatdan yüksək maaş alan şəxslərə “Qarabağın bərpası” üçün yeni vergi tətbiq oluna bilər. Sahibkarlardan Qarabağın bərpası üçün pul toplanması vergi tətbiqi yolu ilə, qanunçuluğa cidid əməl etməklə, xeyriyyəçiliyi təbliğ etməklə həyata keçirilməlidir. Amma hərbçilərin sosial hüquqları məhdudlaşdırılmamalı, xidmət müddəti uzadılmamalıdır.

– Vəsaitlərə qənaət etmək üçün mütləq hərbçilərdən başlamaq lazımdırmı?

– Əvvəla hökumətin sosial siyasətinin müəyyənləşdirilməsində və həyata keçirilməsində ağır həyatın, aztəminatlı olmanın nə olduğunu bilən adamlar daha çox iştirak etməli, onların dairəsi millətimizə acıya bilən şəxslərlə, milli kadrlarla genişləndirilməlidir. Büdcə vəsaitlərinə qənaət şəffaflığı təmin etməklə, insanlarımız üçün faydalı olan, nəticəyə hesablanmış layihələri maliyyələşdirməklə təmin edilməlidir. Bütün dinlərə görə “Allahın bəyəndiyi işlər insanlar üçün vacib olanıdır”. Hökumət, hazırda valyuta ehtiyatlarını artırmaq haqqında yox,ondan daha səmərəli istifadə barədə düşünməli, Qarabağın bərpasına Neft Fondundan vəsait ayırmalıdır. İndi, Qarabağın bərpası ilə hökumət məşğul olur. Bu işə qaçqın və məcburi köçkünləri, geniş xalq kütləsini cəlb etmək lazımdır. Təəssüf ki, hökumət bunu necə etməyin yolunu bilmir.

Previous Post

“Bir tərəfdən tərifləyib, digər tərəfdən hüquqlardan məhrum edirik”

Next Post

Qızılcaya yoluxanlara antibiotik vurmaq olmaz – Rəsmi

Bənzər yazılar

Pezeşkiyan: “ABŞ ilə qarşıdurmada qalib gələcəyimizə əminəm”

Pezeşkiyan: “ABŞ ilə qarşıdurmada qalib gələcəyimizə əminəm”

01 Sentyabr 2026 - 17:26

İran Prezidenti Məsud Pezeşkiyan Tehranın ABŞ ilə qarşıdurmadan qalib çıxacağına əmindir. Elchi.az xəbər verir ki, bu barədə Pezeşkiyan Rusiya Prezidenti...

Trampın populyarlığı çökür: dəstək 33 faizə endi

Trampın populyarlığı çökür: dəstək 33 faizə endi

01 Sentyabr 2026 - 16:00

ABŞ Prezidenti Donald Trampın fəaliyyətini bəyənənlərin səviyyəsi 33%-ə – onun siyasi karyerası ərzindəki ən aşağı həddə enib. Elchi.az xəbər verir...

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

31 Avqust 2026 - 20:36

Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib. Elchi.az  xəbər verir ki, xəbərdarlıqda deyilir: "Hazırda ölkə...

İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər

31 Avqust 2026 - 20:32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən 6-cı Dünya Köçəri...

Next Post
Sumqayıtda kütləvi zəhərlənmə: 12 nəfər…

Qızılcaya yoluxanlara antibiotik vurmaq olmaz - Rəsmi

Sumqayıtda kütləvi zəhərlənmə: 12 nəfər…

Qızılcaya yoluxanlara antibiotik vurmaq olmaz - Rəsmi

Son xəbərlər

“Bank of America”nın vitse-prezidenti Nyu-Yorkda bıçaqlı hücum nəticəsində ölüb

“Bank of America”nın vitse-prezidenti Nyu-Yorkda bıçaqlı hücum nəticəsində ölüb

01 Sentyabr 2026 - 22:43
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətlərinə “yeni baxış” lazımdır

Paşinyan: Ermənistanın Rusiya ilə münasibətlərinə “yeni baxış” lazımdır

01 Sentyabr 2026 - 22:20
“Xatəm əl-Ənbiya” ABŞ-ni cavab zərbəsi ilə hədələyib

“Xatəm əl-Ənbiya” ABŞ-ni cavab zərbəsi ilə hədələyib

01 Sentyabr 2026 - 22:14
Bu il 89 uşaq övladlığa verilib

Bu il 89 uşaq övladlığa verilib

01 Sentyabr 2026 - 21:58
Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi başlayır

01 Sentyabr 2026 - 21:55
Azərbaycanlı jurnalistlər İsraildə 7 oktyabr faciəsinin baş verdiyi məkanı ziyarət ediblər

Azərbaycanlı jurnalistlər İsraildə 7 oktyabr faciəsinin baş verdiyi məkanı ziyarət ediblər

01 Sentyabr 2026 - 21:51
Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar məlum olub

Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar məlum olub

01 Sentyabr 2026 - 21:48
Almaniya Rusiyanın Bonndakı baş konsulluğunu bağlayacaq

Almaniya Rusiyanın Bonndakı baş konsulluğunu bağlayacaq

01 Sentyabr 2026 - 21:47
Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

01 Sentyabr 2026 - 19:26
Azərbaycanın Fransadakı səfiri Paris meriyasının ittihamlarına cavab verib

Azərbaycanın Fransadakı səfiri Paris meriyasının ittihamlarına cavab verib

01 Sentyabr 2026 - 19:10
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü

Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü

01 Sentyabr 2026 - 18:55
Azərbaycanla Çin arasında enerji layihələri müzakirə olundu

Azərbaycanla Çin arasında enerji layihələri müzakirə olundu

01 Sentyabr 2026 - 18:47
Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edildi

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edildi

01 Sentyabr 2026 - 18:43
Bakının bu küçələrində sıxlıq var – SİYAHI/YENİLƏNDİ

Bakının bu küçələrində sıxlıq var – SİYAHI/YENİLƏNDİ

01 Sentyabr 2026 - 18:38
Qabriel Jezus “Barselona”da – RƏSMİ

Qabriel Jezus “Barselona”da – RƏSMİ

01 Sentyabr 2026 - 18:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.