“San-Fransiskoda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti zamanı Amerika və Rusiya nümayəndə heyətlərinin üzvləri arasında birgə tədbirlərin keçirilməsi nəzərdə tutulmayıb”.
Elchi.az Ria.ru-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
Miller qeyd edib ki, APEC sammiti çərçivəsində ABŞ nümayəndələri ilə Rusiyadan olan nümayəndə heyətinin üzvləri arasında planlaşdırılan hər hansı görüş barədə heç nə bilmir.
Bundan əvvəl Dövlət Departamentinin APEC üzrə yüksək rütbəli nümayəndəsi Mett Murray bildirmişdi ki, Birləşmiş Ştatlar qarşıdan gələn sammitin yekun bəyannaməsini razılaşdırarkən, üzvlərin Ukrayna ilə bağlı mövqeyinə görə fikir ayrılığı ilə üzləşib. Rəsminin sözlərinə görə, bu cür fikir ayrılıqları son bir neçə ildə yaranıb.
Eyni zamanda, Vaşinqton əmin etdi ki, Rusiya APEC sammitinin tamhüquqlu iştirakçısı sayılacaq və Rusiya nümayəndə heyətinin rəhbəri tədbirlərdə tam şəkildə iştirak etmək imkanı əldə edəcək. Baxmayaraq ki, Rusiyanın iştirakı şübhəsiz ki, sanksiyalardan təsirləndi.
Yeganə





















Son şərhlər