ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada İrana yaxın qruplara hava zərbəsi endirib.
Elchi.az xəbər verir ki, CENTCOM-un X Platforma səhifəsində verilən açıqlamada, qeyd olunub ki, hava hücumu İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ona yaxın qruplaşmaların istifadə etdiyi obyektə edilib.
“Biz xalqımızı hücumlara görə məsuliyyət daşıyanlara qarşı müdafiə etmək üçün bütün lazımi tədbirləri görəcəyik və öz seçdiyimiz vaxt və yerdə cavab verəcəyik”- bəyanatlar daxil edilmişdir.
Açıqlamada sözügedən hava hücumunun Suriya və İraqda ABŞ vətəndaşlarına qarşı təşkil edilən hücumlara cavab olaraq həyata keçirildiyi, lakin Suriyanın hansı bölgədə həyata keçirildiyi və nəticəsi ilə bağlı məlumat paylaşılmadığı bildirilib.
Nuranə Məmmədova




















Son şərhlər