Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Naxçıvana birgünlük işgüzar səfər edəcək.
Elchi.az xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi Ərdoğanın Naxçıvana səfər planı haqda məlumat yayıb.
Məlumata görə, Prezident Ərdoğan və Prezident Əliyev arasında keçiriləcək görüşlərdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli əlaqələr müzakirə olunacaq. Aktual regional və qlobal problemlər, xüsusilə Qarabağdakı son hadisələr ətrafında fikir mübadiləsi aparılacaq.
Ərdoğan və Əliyevin İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışında iştirak edəcəkləri gözlənilir.
XTQ-də hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti...





















Son şərhlər