Bakıda sürücüyə qarşı soyğunçuluq edilib.
Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildə olan 2 sərnişinin sürücünün 250 manat pulunu soyğunçuluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub.
Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Hakim Hüseynov və Bərdə rayon sakini olan qadın müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə ittiham olunanlara hökm oxunub
Qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləsmələrin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən və istintaqı Dövlət Təhlükəsizlik Xidmətində (DTX) aparılan Amid Məmmədov, Nurlan Səfərov...





















Son şərhlər