İranın şimalındakı Astara şəhərində baş verən daşqın nəticəsində 7 nəfər xəsarət alıb.
Elchi.az xəbər verir ki, bu barədə Astara valisi Məhəmməd Rza Şahabzadə məlumat verib.
“Şəhərə yağan güclü yağış daşqınlara səbəb olub. Sel nəticəsində körpüdə olan iki avtomobil çaya düşüb, 7 nəfər yaralanıb”, – o bildirib.
Qeyd edək ki, şəhər boyu axtarış-xilasetmə işləri davam edir.
Nigeriyada silahlı hücumlar nəticəsində azı 30 nəfər öldürülüb
Nigeriyanın Niger ştatında bir neçə kəndə ehtimal olunan silahlı qruplaşma üzvlərinin hücumu nəticəsində azı 30 nəfər həlak olub. Elchi.az xəbər...





















Son şərhlər