"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Heç bir qüvvə mədəniyyətin inkişafına xidmət edən prosesin qarşısında maneəyə çevrilə bilməz – TƏHLİL

14 Sentyabr 2023 - 11:31
in MƏDƏNİYYƏT
FacebookVatsap

Mədəniyyət və incəsənət sektoru təkcə Azərbaycanda deyil, ideoloji sistemlərin məngənəsindən xilas olaraq müstəqilliklərini qazanan bütün ölkələrdə ən mürəkkəb və ən ziddiyyətli sahələrdən biri və birincisidir.

Bunu da oxuyun

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

Azərbaycanda bu reallıq uzun illərdir, mədəniyyət və incəsənət ideoloji sistemin tərkib hissəsinə çevrildiyi zamandan, yəni hələ SSRİ-nin mövcudluğu dönəmindən davam edir və müstəqilliyimizin 32-ci ilini yaşadığımıza baxmayaraq, bu sahədə dəyişməyən, arxaik, daşlaşmış və bəlkə də “bütləşmiş” stereotiplər hələ də qalmaqdadır.

Bunun da çoxsaylı səbəbləri var, şübhəsiz. Amma əsas səbəb bu sahədəki fəaliyyət istiqamətlərinin ölçülə bilən olmaması, daha dəqiq desək, dəyərləndirmələrin subyektiv amillərdən asılılığı və uzun illər boyu sektorda çalışan bir çox insanların bu amildən sui-istifadə etməsidir. Qeyd edim ki, vəzifə səlahiyyətlərindən sui-istifadə, korrupsiya və digər bu kimi neqativ hallar, əsasən bu kontekstdə özünü büruzə verir.

Təxminən 1 ay sonra Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 32-ci ildönümünü qeyd edəcəyik. Bu müddət ərzində həm ölkəmizdə, həm də dünyada çox şey dəyişib. Azərbaycan nəinki regionun, Avrasiyanın ən önəmli ölkələrindən birinə çevrilib. Ən əsası isə 30 ilə yaxın davam edən erməni işğalına son qoyulub və vaxtilə Ermənistan rəhbərlərinin, hərbi cinayətkarların əyləncə məkanına çevrilən Şuşa indi Azərbaycanın mədəniyyət mərkəzi, türk dünyasının mədəniyyət ocaqlarından biridir.

Bu xüsusda, hazırda Azərbaycan mədəniyyətində əsasən iki xətt özünü büruzə verir. Bir tərəfdə, təəssüf ki, daha çox dövlət büdcəsindən maliyyələşən təsisatlardan, yaradıcı birliklərdən kənarda özünü büruzə verən, daha yaradıcı, daha peşəkar və daha təşəbbüskar, həm də özündə azərbaycançılıq ideyasının bütün komponentlərini daşıyan xətt, digər tərəfdə isə hələ də Sovet dövrünün ənənəvi stereotiplərindən qopa bilməyən, paslanmış, ətalət basmış təfəkkürün kok saldığı, yeniliyə, hər cür işıqlı təşəbbüslərə qapalı, heç bir istehsalı olmayan “iş yerləri”.

SSRİ öz ideologiyası ilə birlikdə tarixin arxivinə gömülsə də, nədənsə vaxtilə sovet ideoloji sisteminin tərkib hissəsi olan mədəniyyət evləri, klublar hələ də öz mövcudluqlarını qoruyub saxlayır. Doğrudur, onların bir qismi öz təyinatlarını dəyişərək folklor və yaradıcılıq evlərinə çevrilib, amma bir hissəsi hələ də köhnə ənənələrə uyğun “fəaliyyət göstərir”, yaxud, ümumiyyətlə heç bir işlə məşğul olmurlar.

Baltikyanı ölkələrdə belə təsisatların, xüsusilə də kənd klublarının əhəmiyyətli hissəsi, təyinatı ciddi şəkildə dəyişilmədən, yaxud konkret layihə üzrə dəyişilərək bələdiyyələrin istifadəsinə verilib. Bələdiyyələr bu klublarda nikah mərasimləri (nikahın qeydə alınmasını) həyata keçirir, mədəniyyət tədbirləri, yarışlar, dərnəklər təşkil edirlər. Beləliklə, bir çox hallarda bir nəfər müdir və ölü canlardan ibarət mədəniyyət müəssiələri həm məşğulluğun təmin edilməsində müəyyən rol oynayır, həm də gəlir gətirir.

Bu mövzuda təbii ki, fərqli yanaşmalar və daha yaradıcı təşəbbüslər ola bilər. Amma mədəniyyəti artıq köhnəlmiş, naftalin qoxuyan streotiplərdən, yanaşmalardan və idarəçilik metodlarından xilas etmək lazımdır. Yoxsa yaradıcı təfəkkürə qarşı “özünü incəsənətə qurban verdiklərini” iddia edən və buna görə sərhədsiz imtiyazlar istəyənlərin yürüşü hələ uzun müddət davam edəcək.

Müasir dövrdə milli mədəniyyətimizi və onun ayrı-ayrı komponentlərinin inkişafını təmin etməyin yolu, prosesin özünə fərdlər, yaxud bütləşdirilmiş obrazlar çərçivəsindən deyil, yalnız və yalnız yaradıcılıq müstəvisindən yanaşmaqdan keçir. Meyar gözə sıçrayan, qalıcı olan, uğurlu yaradıcılıq layihələri olmalıdır. Teatr və konsert müəsisələri də “trafaret” və əslində heç nə ifadə etməyən iş planlarını bir kənara qoyub konkret mövzular ətrafında yaradıcı layihələrlə çıxış etməli və bu layihələrin icrasının şəffaflığını, hesabatlılığını təmin etməlidirlər.

Yaradıcılığı ölçülə bilməyən anlayış çərçivəsindən çıxarmaq lazımdır. Bütün dünyada bunun yolları var, uzun illərdir ki, tətbiq olunur və bu xüsusda yenidən “təkər” icad etməyə ehtiyac da yoxdur.

Hazırda mədəniyyət sahəsində həyata keçirilən islahatların təməlində də, məhz bu sektorda yaradıcı yanaşmanın, işgüzar münasibətlərin və nəticəyönümlü fəaliyyətin ön plana çıxması, ənənəvi, saxta streotiplərin dağıdılması və onların Azərbaycan xalqının böyük mədəniyyətinin dünya miqyasına çıxarılmasına xidmət edən yaradıcı proseslərlə əvəzlənməsi dayanır.

Təbii ki, bu da ətalət basmış, inkişafın dalğasında layiq olmadıqları bütün imtiyazları, haqq etmədikləri mövqelərini itirəcəklərini yaxşı başa düşən maraq ovçularını qıcıqlandırır və belələri nəyin bahasına olursa-olsun, islahatları gözdən salmağa, davamlı şər-böhtan, gözdənsalma kampaniyalarını, pərdəarxası oyunlarını davam etdirməyə çalışırlar. Amma unudurlar ki, mədəniyyət sahəsində həyata keçirilən islahatlar ölkədə gerçəkləşdirilən genişmiqyaslı islahatların tərkib hissəsidir və heç bir qüvvə milli mədəniyyətimizin inkişafına xidmət edən bu prosesin qarşısında maneəyə çevrilə bilməz.

“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin təhlil qrupu

Previous Post

Heç bir qüvvə mədəniyyətin inkişafına xidmət edən prosesin qarşısında maneəyə çevrilə bilməz – TƏHLİL

Next Post

Palçıq vulkanı: Hər iki dəqiqədən bir püskürür

Bənzər yazılar

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

02 İyun 2026 - 16:12

Çexiyanın paytaxtı Praqanın mərkəzində yerləşən Lusern sarayında (Palac Lucerna) 28 May – Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunan konsert keçirilib....

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

02 İyun 2026 - 12:05

Həm neft-qaz sektorunda, həm də bərpa olunan enerji sahəsində artıq asan əldə edilən imkanların böyük hissəsi istifadə olunub. Bu sahələrdə...

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

16 May 2026 - 00:31

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə 18-24 may...

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

08 May 2026 - 16:55

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultayın keçiriləcəyi tarix məlum olub. Elchi.az xəbər verir ki, idarə heyətinin bugünkü iclasında qurultayın mayın 26-da...

Next Post
Palçıq vulkanı: Hər iki dəqiqədən bir püskürür

Palçıq vulkanı: Hər iki dəqiqədən bir püskürür

Palçıq vulkanı: Hər iki dəqiqədən bir püskürür

Palçıq vulkanı: Hər iki dəqiqədən bir püskürür

Son xəbərlər

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.