Şirvan Aşıq Məktəbinin tanınmış simalarından olan Aşıq Abbas Musaxanoğlu dünyasını dəyişib.
Bu barədə Kult.az-a onun ailəsindən məlumat verilib.
Bildirilib ki, Aşıq Abbasın nəşi sabah doğma kəndində – Şıxzərli qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Abbas Musaxan oğlu Güləliyev 1954-cü ildə Şamaxı rayonunun Şıxzərli kəndində doğulub. Atası Musaxan dövrünün məşhur balaban ifaçılarından olub.
Aşıq Abbas Moskva, Sankt-Peterburq və Orta Asiyada keçirilən festivallarda iştirak edib, diplom və fəxri fərmanlara layiq görülüb. 1989-cu ildə Qazaxıstanda, eləcə də Dağıstan xalqlarının Gəncədə keçirilən gənc ozanlarının müsabiqəsinin qaliblərindən olub. Şeirləri qəzet, jurnal və toplularda işıq üzü görüb.
2019-cu ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdü.
“WhatsApp” və sosial şəbəkələrdə kiberdələduzluq halları kəskin artıb
Son dövrlərdə rəqəmsal mühitdə, xüsusilə “WhatsApp” ani mesajlaşma sistemində və sosial şəbəkələrdə vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi və kiberdələduzluq halları...



















Son şərhlər