"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İDMAN

Ev sahibliyimiz gözəl idi, oyunumuz yox…

29 Avqust 2023 - 16:47
in İDMAN
FacebookVatsap

Pərvanə İsmayılova Bakıda Keçirilən Dünya Kubokundan çıxarılmalı olan dərsləri şərh edir

Bunu da oxuyun

Ronaldu Anri ilə birlikdə serial çəkir

Azərbaycan boksçusu Olimpiya Oyunlarında gümüş medal qazanaraq ilkə imza atdı

Xankəndi stadionundakı ilk oyunla bağlı MARAQLI TƏKLİF


Şahmat üzrə 10-cu Dünya kuboku bu il Bakıda keçirildi. İyulun 30-da başlayan yarışda ölkəmizi 18 şahmatçı təmsil edirdi. Əvvəllər belə yüksək səviyyəli beynəlxalq yarışlarda Rusiya, Çin və Hindistan şahmatçılarının sayca daha çox olduğunu müşahidə etsək də, bu dəfə ev sahibi kimi daha şanslı idik.

Şahmat dünyasında böyükdən kiçiyə hər kəsin yaxşı tanıdığı dünya çempionu Maqnus Karlsenin Bakıya gəlişi bütün şahmat həvəskarlarında böyük marağa səbəb oldu. İlk turda 156 şahmatçı ilə turnirə başlayan kişilər qrupu 2-ci turda FİDE-nin yüksək reytinqli daha 50 nəfər oyunçusunun qoşulması ilə 206 nəfərlə davam etdi.

İlk turda 78 nəfər xanım şahmatçı ilə başlayan qadınlar qrupu isə 2-ci turda FİDE-nin yüksək reytinqli daha 25 oyunçusunun qoşulmasından sonra ümumilikdə 103 idmançının iştirakı ilə davam etdi.

Maqnus Karlsen, Fabiano Karuana, Yan Nepomnyaşiy, Aniş Giri, Parham Maqsudlu, İvançuk, Duda, Nakamura Hikaru, Wesley So, Laqres, Aleksandr Qrişuk, Salem, Nodirbek Abdusattarov, Praqqnanandhaa kimi məşhurları, eləcə də bir çox şöhrətli qadın qrossmeysterləri dövlətimizin xüsusi diqqət və dəstəyilə Azərbaycanda bir araya gələrək, böyük uğura imza atdıq.

Yarış zamanı bütün oyunların zaldan canlı, həm də onlayn formada tamaşaçıya şərhlərlə çatdırılması gənc şahmatçılar üçün böyük təcrübə qazanmaq şansı idi.

Avqust ayının 24-də yekunlaşan Dünya Kuboku, əfsuslar olsun ki, bizim şahmatçılar üçün bəzi uğursuz nəticələrlə yadda qaldı. Ay ərzində bir çox şanslardan istifadə etsək də, yarışla bağlı gözləntilərimiz tam doğrulmadı. Ciddi nəticə gözlədiyimiz Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə və milli yığmamızın digər üzvləri bizi məyus etdilər.

Teymur Rəcəbov 2019-cu ildə Xantı-Mansiyskdə (Rusiya) keçirilən “FİDE Dünya Kuboku”nda səkkizdəbir finalda Şəhriyar Məmmədyarovu, dörddəbir finalda Ceferi Xionqu (ABŞ- 2707 ELO), yarımfinalda Maksim Vaşer-Laqravı (FRA- 2774 ELO) və finalda Dinq Lireni (Çin- 2811 ELO) məğlub edərək, Dünya Kubokunu qazanmış, bununla da 2020-ci ildə keçiriləcək Namizədlər Turnirinə vəsiqə əldə etmişdi. Bu dəfə isə yüksək təcrübə və imkan sahibləri olan milli yığmamızın üzvlərinin yarışa yetərincə hazır olmadıqlarını gördük. Azərbaycan Şahmat Federasiyasının milli yığmamıza daim göstərdiyi diqqət və qayğıdan, eləcə də Dünya Kubokunun millimizin ayağına gətirilməsindən yararlana bilmədik. Zənnimcə, bu uğursuzluq üçün Azərbaycan Şahmat Federasiyasını günahlandırmaq haqsızlıq olardı.

Üzümüzü güldürən tək şahmatçımız 28 yaşlı gənc qrossmeyster Nicat Abbasov oldu. Ölkəmizi layiqincə təmsil edərək, yarışı 4-cü pillədə yekunlaşdırdı. Dünya kuboku tarixində 8 mərhələ irəliləyən ilk şahmatçı kimi tarixə düşən Nicat öz karyerasında yeni bir səhifə açdı. Son görüşlərdə rəqiblərinin daha təcrübəli olması və şahmatçımızın debütlərdə zəif oyun nümayiş etməsi Nicatı ilk 3 pillədən kənarda qoydu.

Fanatı olduğum Maqnus Karlsenin kuboku qazanması bir çoxları kimi, məni də təəccübləndirmədi.

Ümumilikdə, Bakıda təşkil edilən FİDE Dünya Kuboku uğurlu təbliğatla yanaşı, ölkəmizdə şahmatın səviyyəsinin artırılması istiqamətində müsbət addım oldu. Amma uğurlu nəticələr əldə etmək üçün görəcəyimiz işlər hələ çoxdur. Yaşlanmış titullu şahmatçılarımızın müsbət ənənələrini yeni gənc nəslin istedadlı nümayəndələri tərəfindən davam etdirməsi barədə təcili qərarlar qəbul etməli və ciddi addımlar atmalıyıq. Ölkəmizdə bir çox istedadlı gənclər var ki, onlara diqqət artırılmalıdır. Yaşlı nəslin şahmatçıları gələcək çempionların yetişdirilməsi üçün təcrübələrini gənclərlə paylaşmaqda tərəddüd etməli deyillər.

FİDE Dünya Kuboku kimi möhtəşəm bir tədbirin ölkəmizdə təşkili üçün zəhməti olan hər kəsə, xüsusilə də Gənclər və İdman naziri cənab Fərid Qayıbova və Azərbaycan Şahmat Federasiyasının prezidenti cənab Mahir Məmmədova dərin təşəkkürümü bildirirəm. Yeri gəlmişkən, ötən il Şuşa şəhərində təşkil edilən “Shusha Chess Open” turnirinin bu il də baş tutacağı gözlənilir. Ümid edirəm ki, bu il də Şuşa turnirinin qalibi adını Azərbaycan idmançısı qazanacaq. İndidən bütün iştirakçılara uğurlar arzu edirəm. Qalib Azərbaycanın şahmat aləmində də daim zirvələrdə yer alması üçün hər birimiz əlimizdən gələni etməliyik.


Pərvanə İsmayılova
Qızlar arasında Dünya və Avropa çempionu, FİDE ustası
Qax rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru

Previous Post

Ev sahibliyimiz gözəl idi, oyunumuz yox…

Next Post

Rəsmi Bakıdan Fransa XİN başçısına cavab

Bənzər yazılar

Ronaldu Anri ilə birlikdə serial çəkir

Ronaldu Anri ilə birlikdə serial çəkir

12 Noyabr 2026 - 18:11

Portuqaliya millisindəki karyerasını başa vuran ulduz futbolçu Kristiano Ronaldu serial çəkilişlərinə başlayıb. Elchi.az xəbər verir ki, 41 yaşlı hücumçu məşhur britaniyalı...

Azərbaycan boksçusu Olimpiya Oyunlarında gümüş medal qazanaraq ilkə imza atdı

Azərbaycan boksçusu Olimpiya Oyunlarında gümüş medal qazanaraq ilkə imza atdı

12 Noyabr 2026 - 16:28

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. Elchi.az xəbər verir ki, Seneqalda 51 kq çəki...

Xankəndi stadionundakı ilk oyunla bağlı MARAQLI TƏKLİF

Xankəndi stadionundakı ilk oyunla bağlı MARAQLI TƏKLİF

12 Noyabr 2026 - 14:52

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi qarşılaşmanın keçiriləcəyi tarix və saat artıq bəllidir. Peşəkar Futbol Liqası I Liqanın VIII...

Almeyda “Qarabağ”da işə başlayıb? – Rəsmi

Almeyda “Qarabağ”da işə başlayıb? – Rəsmi

12 Noyabr 2026 - 13:42

“Qarabağ”ın və Azərbaycan millisinin sabiq futbolçusu Riçard Almeydanın karyerasını başa vuraraq Ağdam klubunda skaut və ya məşqçi kimi fəaliyyətə başlaması...

Next Post
Rəsmi Bakıdan Fransa XİN başçısına cavab

Rəsmi Bakıdan Fransa XİN başçısına cavab

Rəsmi Bakıdan Fransa XİN başçısına cavab

Rəsmi Bakıdan Fransa XİN başçısına cavab

Son xəbərlər

“Sənin üçün doğulmuşam” 2 milyon oldu – VİDEO

“Sənin üçün doğulmuşam” 2 milyon oldu – VİDEO

12 Noyabr 2026 - 21:37
Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb

Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb

12 Noyabr 2026 - 21:33
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

12 Noyabr 2026 - 21:25
Azərbaycan və Tacikistan COP31 çərçivəsində ətraf mühitin mühafizəsini müzakirə edib

Azərbaycan və Tacikistan COP31 çərçivəsində ətraf mühitin mühafizəsini müzakirə edib

12 Noyabr 2026 - 20:42
Uitkoff Ukrayna üzrə danışıqların növbəti raundunun razılaşdırıldığını bildirib

Uitkoff Ukrayna üzrə danışıqların növbəti raundunun razılaşdırıldığını bildirib

12 Noyabr 2026 - 20:40
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

12 Noyabr 2026 - 20:39
Avropa liderləri Bakı və İrəvan arasında sülh prosesinə dəstəklərini təsdiqləyiblər

Avropa liderləri Bakı və İrəvan arasında sülh prosesinə dəstəklərini təsdiqləyiblər

12 Noyabr 2026 - 20:35
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir

Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir

12 Noyabr 2026 - 19:21
Bakıda “17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası” keçirilib

Bakıda “17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası” keçirilib

12 Noyabr 2026 - 19:12
FHN-in qurumlarında Konstitusiya Günü münasibətilə silsilə tədbirlər keçirilib

FHN-in qurumlarında Konstitusiya Günü münasibətilə silsilə tədbirlər keçirilib

12 Noyabr 2026 - 18:53
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib – YENİLƏNİB

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib – YENİLƏNİB

12 Noyabr 2026 - 18:46
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib

FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib

12 Noyabr 2026 - 18:37
Dünyada daşqınlarla bağlı ölüm hallarının sayı son 13 ilin ən yüksək həddini keçib

Dünyada daşqınlarla bağlı ölüm hallarının sayı son 13 ilin ən yüksək həddini keçib

12 Noyabr 2026 - 18:24
Ronaldu Anri ilə birlikdə serial çəkir

Ronaldu Anri ilə birlikdə serial çəkir

12 Noyabr 2026 - 18:11
Netanyahuya xəbərdarlıq: Milli təhlükəsizliyi təhlükə altına atmayın

Netanyahuya xəbərdarlıq: Milli təhlükəsizliyi təhlükə altına atmayın

12 Noyabr 2026 - 17:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.