Şəmkirdə həmkəndlilər arasında dava olub, bir nəfər bıçaqlanıb.
Elchi.az xəbər verir ki, hadisə Mahmudlu kəndində qeydə alınıb.
Şəmkir rayon sakini, 1968-ci il təvəllüdlü F.Alıyev mübahisə zəminində bıçaqlanıb. O, bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Onun həmkəndlisi, 1992-ci il təvəllüdlü Ü.Paşayev hadisəni törətməkdə şübhəli bilinən şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
İmişlidə zəlzələ olub
Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji...





















Son şərhlər